/ / Seçicilər dövlətimizin güclənməsini təmin edə biləcək yeganə siyasi qüvvəyə - YAP-a etimad göstərir
Seçicilər dövlətimizin güclənməsini təmin edə biləcək yeganə siyasi qüvvəyə - YAP-a etimad göstərir
17.10.2010 [13:45]
Yeni Azərbaycan Partiyasının parlament seçkilərində iştirak edən namizədlərinin seçicilərlə görüşü davam edir. Dünən bu qəbildən olan görüşlərdən biri Abşeron rayonunda baş tutub. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının parlament seçkilərində namizədi İmamverdi İsmayılovun səlahiyyətli nümayəndələri Novxanı bağları yaşayış massivi ərazisindəki 2 saylı xəstəxanada məskunlaşmış Qubadlı rayonundan olan qaçqın və məcburi köçkünlərlə görüşüblər.
Tədbirdə çıxış edən deputatlığa namizədin səlahiyyətli nümayəndəsi və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev ölkəmizin yeni siyasi hadisə-parlament seçkiləri ərəfəsində olduğunu bildirib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və indiyə qədər keçirilən seçkilərin alternativsiz lideri olan Yeni Azərbaycan Partiyasının hər zaman xalqımızdan dəstək gördüyünü deyən natiq işğal altında olan Qubadlı rayonunun ictimaiyyətinin də bu prosesdə fəal iştirakından bəhs açıb. Onun sözlərinə görə, dövlətimiz qaçqın və məcburi köçkün vətəndaşlarımızın həyat rifahının yüksəldilməsi istiqamətində davamlı işlər görür: “Yeni Azərbaycan Partiyası hər zaman dövlətçiliyimizin inkişafına xidmət göstərib. Partiyamızın 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən irəli sürdüyü namizəd sizə çox tanışdır. İmamverdi müəllim artıq beş il sizin deputatınız olub və sizin problemlərinizin həlli istiqamətində yüksək fəaliyyəti ilə seçilib. Mən əminəm ki, Qubadlı seçiciləri bu dəfə də öz seçimini düzgün edəcək və İmamverdi İsmayılova səs verəcəklər”.
Səlahiyyətli nümayəndə bildirib ki, 1993-cü ildə öz yurd-yuvalarından didərgin düşmüş Qubadlı ictimaiyyəti məhz Ulu öndər Heydər Əliyevin qayğısı sayəsində ayaqda dura bildilər: “ümummilli liderimizin apardığı sosial siyasət nəticəsində Qubadlı camaatı yenidən özünə həyat qurdu. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanın 42 rayon və şəhərində məskunlaşmış Qubadlı camaatı bir nəfər kimi dövlətimizin siyasətini dəstəkləyir. Məhz dövlətimizin qayğısı nəticəsində bu gün çadır şəhərcikləri ləğv olunub. Mən inanıram ki, Prezident İlham Əliyevin apardığı siyasət öz bəhrəsini verəcək və torpaqlarımız işğaldan azad olunacaq”.
Natiq onu da qeyd edib ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan İmamverdi İsmayılov 3 dəfə bu yurdun insanları tərəfindən parlament üzvü seçilib: “Bu çox sevindirici bir haldır. İmamverdi İsmayılov öz fəaliyyəti ilə seçicilərinin rəğbətini qazanıb, vəzifəsini layiqincə və məsuliyyətlə icra edib. Digər tərəfdən, İmamverdi İsmayılov hər zaman istər Qubadlı, istərsə də Zəngilan rayonundan olan insanların sosial problemləri ilə yaxından tanış olur, onların həllində aktiv rol oynayır. Mən, millət vəkilinin səlahiyyətli nümayəndəsi olaraq əminəm ki, Qubadlı seçiciləri bu dəfə də İmamverdi İsmayılovun Azərbaycan Respublikasının qanunverici orqanı olan Milli Məclisdə onları təmsil etmələri üçün səs verəcəklər”.
Daha sonra YAP-ın seçki platforması ilə bağlı danışan A.Haqverdiyev qeyd edib ki, hakim partiya bu seçkilərə “Güclü dövlət, yüksək rifah” şüarı ilə qatılır: “Bu isə öz növbəsində insanların, ən əsası isə yurd-yuvasından qaçqın düşmüş vətəndaşların sosial həyatının yüksəldilməsi istiqamətində görülən işlərin davam etdirilməsi deməkdir. Dinamik inkişafımızın, iqtisadi qüdrətimizin, sosial təminatımızın, siyasi sabitliyimizin təminatı kompleks şəkildə ölkəmizin daha da güclənməsinə xidmət göstərəcək. YAP insanlara bunu vəd edir. Məhz bu inkişafın davamlı olması üçün YAP-ın namizədlərinə səs vermək vacibdir. Mən sizləri seçkilərdə YAP-ın namizədlərinə, o cümlədən, 125 saylı seçki dairəsindən İmamverdi İsmayılova səs verməyə çağırıram”.
Daha sonra çıxış edən seçicilər də Yeni Azərbaycan Partiyasının seçki platformasını bəyəndiklərini və dəstəklədiklərini bildiriblər. Sakinlər qeyd ediblər ki, onlar yenə də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən YAP-ın namizədi İmamverdi İsmayılova səs verəcəklər.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

