YAP Xəzər rayon təşkilatı Novruz bayramı münasibətilə tədbir keçirib
17.03.2022 [17:19]
17 mart 2022-ci il tarixdə YAP Xəzər rayon təşkilatının Almas İldırım 38 ərazi partiya təşkilatında (156 saylı tam orta məktəb) Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib. Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə təşkil edilən tədbirdə YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Millət Vəkili Soltan Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov bildirib ki, Novruz bayramı adətləri və inancları Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruz bayramı milli-mənəvi dəyərlərimizin və yüksək bəşəri ideyaların daşıyıcısı, qədim adət-ənənələrimizin əbədi təcəssümü kimi neçə əsrdir ki, xalqımızın həyatında mühüm yer tutur. Baharın gəlişinin, təbiətin oyanışının carçısı olan bu əziz bayram zəngin və qədim mədəniyyətimizin ayrılmaz hissəsi, insanlarda işıqlı sabaha, xoşbəxt gələcəyə inam yaradan, təbiətin bəxş etdiyi nemətləri qorumağı, onlardan səmərəli istifadə etməyi öyrədən qiymətli bir irsdir. Novruz ruzi-bərəkət, sevinc və səadət, birlik və həmrəylik rəmzidir, cəmiyyətimizin möhkəmlənməsi üçün sağlam təməllər yaradan misilsiz bir ənənədir. İki ildir ki, xalqımız Novruz bayramını ikiqat sevinc hissi ilə qeyd edir və doğma Vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda canlarını qurban vermiş müqəddəs şəhidlərimizi böyük ehtiramla yad edir. Kimliyindən, harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız bu möhtəşəm zəfəri onlara yaşatdıqlarına görə möhtərəm Prezidentimizə və onun müzəffər Ali Baş Komandanlığı altında canlarını sipər edərək düşməni Azərbaycan torpaqlarından qovub çıxarmış qəhrəman Ordumuza hədsiz minnətdardır. Azərbaycan bu gün öz tarixinin ən şərəfli dövrünü yaşayır.
Çıxış edən Millət Vəkili Soltan Məmmədov bildirib ki, Xalqımız bu əziz gündə Novruzu dövlət bayramı səviyyəsində rəsmiləşdirmiş Ümummilli liderimiz Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edir, tarixi-mədəni və milli-mənəvi dəyərlərimizin, el mərasimlərinin bu gün də qorunub saxlanılması, böyük ruh yüksəkliyi ilə qeyd olunması üçün Ulu öndərin göstərdiyi səyləri böyük minnətdarlıq hissi ilə xatırlayır. 24 il bundan öncə, 1998-ci ildə Ulu öndər Heydər Əliyev deyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bu fikirlər Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında reallaşdırıldı. Artıq iki ildir ki, xalqımız əziz bayramımızı ikiqat sevinc hissi ilə qeyd edir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının müdrik və qətiyyətli rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun düşmən əsarətindən azad etdiyi gözəl Qarabağımız artıq iki ildir ki, Novruz bayramını milli musiqimizin xoş təranələri, doğma övladlarının sevinc və qürur sədaları ilə qarşılayır, bayram tonqalları Qələbəmizin rəmzinə çevrilir.
Tədbirdə çıxış edən 156 saylı tam orta məktəbin direktoru Gülər İsmayılova və digər qonaqlar da tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Novruzun xalqımızın əsrlərdən bəri qorunub saxlanıldığı və bütün dövrlərdə həmişə əziz və dövlət səviyyəsində qeyd edilən milli bayram olduğunu bildiriblər. Sonra tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və digər bacarıqlarını nümayiş etdiriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43

