Qaradağ rayonunda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı tədbir keçirilib
21.01.2022 [10:23]
Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı və Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib.
Tədbir 20 Yanvar faciəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tarix boyu xalqımızın faciələrlə üzləşdiyini və bu faciələrin böyük bir hissəsinin XX əsrdə baş verdiyini, xalqımızın hər zaman özünün azadlığı uğrunda mübarizədə böyük itkilər verdiyini bildirib.20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən Süleyman Mikayılov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını söyləyib. Onun sözlərinə görə, Azərbaycan xalqı bu faciəni unutmur, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur.
Sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev 20 Yanvar faciəsinin baş verməsində M.Qorbaçov başda olmaqla faciənin səbəbkarlarının və günahkarlarının ilk dəfə həmin dövrdə Moskvada yaşayan Umummilli liderimiz Heydər Əliyev tərəfindən bəyan edilməsini xatırladıb. Qafar Əliyev diqqətə çatdırıb ki, 20 yanvar facisənin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndərimiz Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham edib. Ulu Öndərimizin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən bu faciədən xəbərdar oldular. Daha sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə siyasi qiymət verilib.
Q.Əliyev, həmçinin qeyd edib ki, Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi istiqamətində lazımi işlər görülüb və Prezident İlham Əliyev tərəfindən daim bu siyasət davam etdirilir.
20 Yanvar hadisələri zamanı əlil olmuş Bafadar İbrahimli çıxış edərək o müdhiş gecənin canlı şahidi kimi xalqımıza qarşı törədilən qırğınları xatırladıb.
Tədbirdə rayon rəhbərliyi dəyirmi masada iştirak edən 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlanıb. Görüşün sonunda 20 Yanvar faciəsi əlillərinə və şəhid ailəsinə maddi yardımı göstərilib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

