YAP Ağcabədi rayon təşkilatının X hesabat konfransı keçirilib
04.09.2021 [08:28]
Sentyabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın düçar olduğu çətinlikləri aradan qaldırmaq üçün xalqın mübarizlik əzimini yüksəldə bilən, onu öz ardınca aparmağa qadir olan bir siyasi partiyanın fəaliyyətinə ciddi ehtiyac yaranmışdı. YAP məhz zamanın tələbi, xalqın istəyi ilə yaradıldı. Təşkilat sədri qeyd edib ki, son 18 ildə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi təkmil islahatlar, gələcəyə hesablanmış siyasət nəticəsində Azərbaycan uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərə imza atdı.
R.Əhmədov vurğulayıb ki, hazırda YAP Ağcabədi rayon təşkilatı 92 ərazi ilk partiya təşkilatında 16150 üzvü birləşdirir. Onlardan 7551 nəfəri qadınlar, 6761 nəfəri isə gənclərdir.
Sonra Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Elsevər İsmayılovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, rayon təşkilatının Salmanbəyli ərazi ilk təşkilatının sədri Gülbikə Məmmədova, rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, Vətən müharibəsi qazisi Elşad Heydərov rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibətlərini bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti parlaq və qürurvericidir: “Tarixi nailiyyətimiz olan müstəqilliyimiz qorunur, Azərbaycan öz müstəqil siyasəti ilə davamlı uğurlara imza atır. Azərbaycanın beynəlxalq təşkilatların hesabatlarında ən islahatçı, sabit, təhlükəsiz, xoşbəxt ölkə kimi qərarlaşması düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. İnkişaf, tərəqqi, müasirləşmə həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Dünyaya səs salan, Azərbaycanın adını tarixə qalib ölkə kimi yazan möhtəşəm Zəfərimiz əldə olunan uğurların zirvəsi, Heydər Əliyev siyasətinin təntənəsidir”.
Yeni Azərbaycan Partiyasının təkmilləşməyə, yeniləşməyə açıq olduğunu, qəbul etdiyi hər bir qərarında dövlətin, xalqın gələcəyini düşündüyünü önə çəkərək VII Qurultayda qarşıya qoyulan vəzifələrdən danışan Ə.Tağıyev YAP Ağcabədi rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Ağcabədi rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxSosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36

