YAP Kəlbəcər rayon təşkilatının X hesabat konfransı keçirilib
05.08.2021 [09:09]
Avqustun 4-də Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra hesabat məruzəsi ilə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov bildirib ki, IX konfransdan ötən dövrdə 254 nəfər Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunub və hazırda partiya üzvlərinin ümumi sayı 4309 nəfərdir. Partiya üzvlərinin 1917 nəfəri gənclərdən, 1749 nəfəri isə qadınlardan ibarətdir. Gənclərin sayının daha çox olması bir daha onu göstərir ki, YAP gələcəyin və gəncliyin partiyasıdır.
Tarixi Zəfərimizdən bəhs edən Akif Əsgərov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazandığımız Qələbə hər birimizdə böyük qürur hissi yaratmaqla yanaşı, bizi işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərində fəal iştiraka səsləyir. Kəlbəcər rayonu tarixi sahibinə qayıtmaqla bu gün yeni həyatını yaşayır. YAP Kəlbəcər rayon təşkilatı hər zaman olduğu kimi, bu gün də partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə böyük addımlarla irəliləyir.
Sonra Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Ramil Salmanovun hesabatı dinlənilib.
Müzakirələr zamanı Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin sədri Hikmət Bağırov, rayon təşkilatının Şura üzvü Şəlalə Məmmədova hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Yeni Azərbaycan Partiyasının VII qurultayında dövlət başçısı, partiyanın Sədri cənab İlham Əliyevin proqram xarakterli, müasir dövrün tələblərini, 44 günlük Vətən müharibəsində Zəfərimizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi hər bir partiya üzvünün qarşısında yeni vəzifələr qoydu.
2020-ci ilin tariximizə Zəfər ili kimi daxil olduğunu qeyd edən Ə.Tağıyev Ağdam, Kəlbəcər və Laçın rayonlarının siyasi yolla azad edilməsini Azərbaycanın böyük siyasi uğuru kimi dəyərləndirib. Qeyd edib ki, 44 gündə nəinki 30 ilə, hətta əsrlərə sığmayan Zəfər qazanılıb.
Ə.Tağıyev YAP Kəlbəcər rayon təşkilatına gələcək fəaliyyətində uğurlar, növbəti konfransın Kəlbəcərdə keçirilməsini arzulayıb.
Konfransda YAP Kəlbəcər rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23

