/ / YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
27.07.2021 [09:04]
İyulun 26-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Tahir Budaqov Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni müstəviyə yüksəldiyini bildirib. Bu münasibətlərin hərtərəfli inkişafı hər iki ölkənin prezidentləri cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın yüksək səylərinin nəticəsidir. Azərbaycanla Türkiyə arasında əlaqələrin əhəmiyyətindən danışan YAP Sədrinin müavini qarşılıqlı münasibətlərin Ümummilli Liderimiz Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” fəlsəfəsi əsasında inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu gün iki dövlətin münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən qardaşlıq münasibətlərinə yüksəlib: “Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi dünyada Azərbaycan-Türkiyə qədər bir-birinə yaxın, qardaş ölkə yoxdur. Biz siyasi partiyalar olaraq dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürərək əlaqələrimizi daha da gücləndirməyi, inkişaf etdirməyi qarşıya məqsəd qoymuşuq. Bu ilin iyun ayında YAP nümayəndə heyətinin Ankaraya səfəri zamanı əməkdaşlığa dair niyyət protokolu imzalandı. Bu sənəddə nəzərdə tutulan məsələlərin reallaşması üçün bundan sonra fəaliyyətimizi daha da gücləndirəcəyik”.
Tahir Budaqov bu gün AK Partinin nümayəndə heyətinin Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevlə görüşdüyünü bildirib və qeyd edib ki, dövlətimizin başçısı görüş zamanı partiyalar arasında əlaqələrin inkişafı ilə bağlı tövsiyələrini verib. Eyni zamanda, Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirilən görüş parlamentlərarası əlaqələrin inkişafı baxımından önəm kəsb edir.
YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, əməkdaşlıq haqqında niyyət protokolundan irəli gələrək YAP və AK Parti arasında əlaqələrin, o cümlədən qarşılıqlı səfərlərin intensivləşdirilməsi nəzərdə tutulur. Bu baxımdan, gənclər və qadınlar arasında əməkdaşlığın genişləndirilməsi, qeyri-hökumət təşkilatları arasında əlaqələrin inkişafına dəstək verilməsi, partiyaların beynəlxalq platformalarda ortaq mövqedən çıxış etməsi və digər məsələlər xüsusi vurğulanmalıdır. Tahir Budaqov iyulun 28-də YAP-ın və AK Partinin Gəncə şəhərində “Şuşa Bəyannaməsi: Milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda birgə konfrans keçirəcəyini diqqətə çatdırıb. Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə də bir-birinə hər zaman ciddi dəstək verdiyini deyən Tahir Budaqov qeyd edib ki, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də postmüharibə mərhələsində qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasına qətiyyətli, birmənalı mənəvi-siyasi dəstək göstərməsi qürurverici haldır. Xalqlarımız və dövlətlərimiz bir daha sübuta yetirdilər ki, dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yeni dünya düzəni üçün parlaq nümunədir.
AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. “Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik”, – deyən Numan Kurtulmuş hər iki partiya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, pandemiya şəraitində partiyalarımız üç onlayn konfrans keçirib. İyun ayında isə YAP nümayəndə heyəti Türkiyədə səfərdə olub, səfər zamanı Prezident Rəcəb Tayyib Ərdoğan nümayəndə heyəti ilə görüşüb.
Azərbaycana səfər proqramından bəhs edən AK Parti Sədrinin birinci müavini Azərbaycan Prezidenti ilə görüşü xüsusilə məhsuldar və faydalı hesab etdiklərini deyib. Bildirilib ki, hər iki partiya konkret layihələr üzərində işləyir və bu layihələrin gerçəkləşməsi üçün lazımi addımlar atılmaqdadır: “Münasibətləri bundan sonra daha da gücləndirmək zəhmət və əmək tələb edir. Bu baxımdan, siyasi partiyalar olaraq öz niyyətimizi ortaya qoymuşuq. Partiyalarımız əlaqələrini gücləndirməklə bütövlükdə dövlətlər arasında münasibətlərin inkişafına töhfə vermək niyyətini ifadə edirlər. Ulu Öndər Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlət” olaraq milli, dini, mədəni, tarixi köklərə əsaslanan əlaqələrimizi gələcəyə daşımaq bizlərin ümdə vəzifələrindən biridir”.
Numan Kurtulmuş qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan xalqının cəsarəti ilə yenilməz Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi. Azərbaycan şanlı Zəfəri ilə bütün region üçün məqbul ola biləcək əməkdaşlıq formatı yaradıb və xoşməramlı mövqeyini bütün dünyaya bəyan edib. Türkiyə bundan sonra da hər zaman Azərbaycanın yanında olacaq.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra qarşılıqlı hədiyyələr təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43

