/ / “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “İşğaldan azad olunmuş ərazilərin ərzaq təhlükəsizliyində rolu” mövzusunda növbəti seminar keçirilib
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “İşğaldan azad olunmuş ərazilərin ərzaq təhlükəsizliyində rolu” mövzusunda növbəti seminar keçirilib
17.07.2021 [09:24]
İyulun 16-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “İşğaldan azad olunmuş ərazilərin ərzaq təhlükəsizliyində rolu” mövzusunda seminar keçirilib.
Tədbiri açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov mövzu ilə bağlı məlumat verib.
Seminarda YAP İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü, aqrar elmləri doktoru, professor Amin İsmayılov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimizin harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılarda qürur hissi yaratdığını bildirib. Vurğulayıb ki, 30 ilə yaxın müddətdə torpaqlarımızın azad edilməsi, tarixi sahiblərinə qaytarılması arzusu, istəyi ilə yaşayırdıq. Bu gün isə işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən quruculuq və bərpa işlərindən bəhs edirik. Dövlət başçısı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, torpaq, Vətən sevgisi, xalqımızın birliyi, həmrəyliyi sayəsində tarixi Qələbəmizə qovuşduq.
A.İsmayılov bildirib ki, dövlət başçısı İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri ilə bağlı hökumət qarşısında konkret vəzifələr qoydu: “Azərbaycan dövlətinin tarixi Qələbəmizdən dərhal sonra bu ərazilərimizdə quruculuq və bərpa işlərinə başlaması bir tərəfdən Zəfər sevincimizin, digər tərəfdən isə malik olduğumuz iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin son 17 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın bütün sahələrdə təcrübəsinin nümunəviliyinə geniş imkanlar açdı. Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” işğaldan azad edilmiş ərazilərdə görüləcək işləri də özündə ehtiva edir”.
Müstəqillik dövründə ölkəmizin aqrar sahədə əldə etdiyi uğurlara, təcrübəyə, islahatlara diqqət çəkən Amin İsmayılov bildirib ki, bu təcrübələrin işğaldan azad edilmiş rayonlara yönəldilməsi, sahibkarlıq fəaliyyətlərinin təşviqi, bunun üçün zəruri olan proqramların həyata keçirilməsi, heyvandarlıq və bitkiçilik sahəsində infrastrukturun qurulması və digər məsələlər mühüm əhəmiyyətə malikdir: “İşğaldan azad edilmiş torpaqlarımızın hansı imkanlara malik olduğu bəllidir. Bu imkanlardan səmərəli istifadə etməklə ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr vermək mümkündür”.
A.İsmayılov vurğulayıb ki, həmin ərazilərdə kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin, məşğulluğun təminatına töhfə verəcək. Həmçinin investisiyaların cəlbini sürətləndirəcək və su ehtiyatlarının istifadəsinə imkan yaradacaq. Bu proses qeyri-neft məhsullarının ixracının artmasına səbəb olacaq.
Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafının dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlanıldığını bildirən A.İsmayılov cənab İlham Əliyevin 15 iyul 2021-ci il tarixli “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Fərmanını buna bariz nümunə kimi qeyd edib. Bildirib ki, bu sənəd hazırkı dövrün çağırışlarını özündə əks etdirir. Belə ki, ölkədə aqrar emal sənayesinin dayanıqlı inkişafı qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir.
A.İsmayılov kənd təsərrüfatı baxımından böyük potensiala malik işğaldan azad edilmiş ərazilərimizin inkişafının Azərbaycanın iqtisadi cəhətdən daha da güclənməsində mühüm rol oynayacağını qeyd edib.
Daha sonra gənclərin çoxsaylı sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

