Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

04.10.2026 [15:18]

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Kaliforniyanın 11-ci konqres dairəsində öz xələfi kimi dəstəklədiyi amerikalı demokrat Konni Çan (Connie Chan) İsrail hökumətinə qarşı tam silah embarqosu qoyulması ilə bağlı çağırış edib.

AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, Çan Konqresdəki ilk günündə Qəzzada baş verənlərə və aparteid dövlətinə son qoyulması üçün səs verəcək.

Noyabrda keçiriləcək aralıq seçkilərində Konqresə nəzarəti ələ keçirmək üçün mübarizə aparan hər iki partiya üçün Nümayəndələr Palatasının bütün 435 yeri və Senatın 35 yeri uğrunda yarış gedir.

Qeyd edək ki, Kapitoli təpəsində (Konqresdə) olduğu müddətdə isə Pelosi uzun müddət İsraili dəstəkləyib, bu ölkəni boykot etmək və ya ona sanksiya tətbiq etmək cəhdlərini pisləyib və hərbi yardımların lehinə səs verib.

Paylaş:
Baxılıb: 15 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31