/ / YAP Ağdaş rayon təşkilatında “Heydər Əliyev -Azərbaycanın inkişaf və tərəqqi dövrü” mövzusunda videokonfrans keçirilib
YAP Ağdaş rayon təşkilatında “Heydər Əliyev -Azərbaycanın inkişaf və tərəqqi dövrü” mövzusunda videokonfrans keçirilib
14.07.2021 [11:35]
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı və Gənclərin İnkişaf və Karyera Mərkəzi Ağdaş nümayəndəliyinin birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 52-ci ildönümü münasibətilə keçirilən “Heydər Əliyev-Azərbaycanın inkişaf və tərəqqi dövrü” adlı videokonfrans keçirilib.
Konfransı giriş sözü ilə tədbirin moderatoru, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı İdarə Heyətinin üzvü Anar Şahmuradov açaraq dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında konfrans iştirakçılarına geniş məlumat verib. Anar Şahmuradov bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyul tarixində respublika rəhbərliyinə gəlməsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı hesab edilir.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov konfransda çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin keçmiş Sovetlər dövründə azərbaycanlı gənclərin ali təhsil almaları istiqamətində böyük işlər görməsi, ölkədə yeni ali təhsil müəssələrinin yaradılması, eyni zamanda respublika gənclərinin SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərilməsi haqqında fikirlərini bildirib. Ulu Öndər Heydər Əliyev Azərbaycanda hərbi təyinatlı məktəblərin yaradılmasana da nail olub və Azərbaycanda hərbi kadrların hazırlanması işində misilsiz işlər görüb. Həmin dövrdə azərbaycanlı gənclərin hərbi məktəblərdə təhsil almalarını təmin etməklə Ulu Öndər Heydər Əliyev gələcəyi, Azərbaycanın müstəqil ölkə olacağını düşünüb və həmin hərbi kadrlardan istifadə etməklə Azərbaycanın gələcək Ordusunun qurulmasını hədəfləyib.
C.Osmanovun sözlərinə görə, ümumilikdə elə bir sahə yoxdur ki, Ulu Öndər Heydər Əliyevin Sovetlər dönəmində respublikaya rəhbərliyi zamanı həmin sahədə inkişaf qeydə alınmasın: “Heydər Əliyevin hakimiyyəti zamanı Azərbaycan qısa zamanda aqrar ölkədən sənaye ölkəsinə çevirilib, çoxlu sayda istehsal müəssisələri, fabrik və zavodlar açılıb. Kənd təsərrüfatı sahəsində taxılçılıq, pambıqçılıq, üzümçülük və heyvandarlıq sahələrində sürətli inkişaf təmin edilib”.
Çıxışının sonunda təşkilat sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı möhtəşəm Zəfərə diqqət çəkib və müasir Azərbaycan Ordusunun yaradıcısının da məhz Ulu Öndər Heydər Əliyev olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konfransda daha sonra YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin üzvü Pərvin Əhmədov, rayon təşkilatının gənc könüllüsü Pərvanə Məmmədova, rayon təşkilatının fəal üzvü, Vətən müharibəsi iştirakçısı Toğrul Cəlilov çıxış edərək Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin ölkəmiz və xalqımızın tərəqqisi naminə mislisiz işlər gördüyünü, müasir Azərbaycanın əldə etdiyi uğurların təməlində Ulu Öndər Heydər Əliyev siyasi xəttinin dayandığını qeyd ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32

