/ / Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurban və dualarının qəbul olunduğunun göstəricisidir
Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurban və dualarının qəbul olunduğunun göstəricisidir
13.07.2021 [16:32]
Daim dini dəyərlərinə, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini nümayiş etdirmiş Azərbaycan xalqı hər zaman Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Eyni zamanda, Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə qeyd edilməsi üçün əlverişli şərait yaranmışdır.
Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi, Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdi. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın böyük təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurban və dualarının qəbul olunduğunun göstəricisidir.
Eyni zamanda, bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir. Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarixboyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş etmişdir.
Bir sözlə, yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Bütün bu cəhətlər də Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının aparat rəhbəri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32

