Azərbaycan əsgəri Vətən müharibəsində qəhrəmanlıq nümunəsi göstərib
09.07.2021 [13:25]
Keçən əsrin sonlarında Azərbaycan xalqının müstəqillik əldə etməsi müstəqil dövlət və onun ayrılmaz atributu olan müstəqil milli ordu yaradılması şansını ortaya qoydu. Təxminən 70 illik fasilədən sonra Azərbaycan xalqının intizarında olduğu belə bir tarixi imkanın meydana gəlməsi, çox təəssüf ki, həmin illərdə Azərbaycanın rəhbərliyində olan şəxslər, xalqın ictimai-siyasi həyatında öncül yer tutmaq istəyən insanlar tərəfindən vaxtında və lazımınca qiymətləndirilə bilmədi. Azərbaycana qarşı həyata keçirilən haqsızlıqlara qarşı genişlənən xalq hərəkatı fonunda hakimiyyətə gələnlərin isə səriştəsizliyi, təcrübəsizliyi, xalqın milli mənafelərinə laqeyd münasibətləri Azərbaycan Ordusunun yaranmasını son dərəcə mürəkkəb bir vəziyyətlə qarşılaşdırdı.
Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başlamış Ermənistanla müqayisədə müdafiə qüvvələrinin formalaşdırılmasını ayrı-ayrı iddialı adamların ixtiyarına buraxılması Azərbaycanda ordu əvəzinə, idarəolunmaz silahlı kütlənin meydana çıxmasına səbəb oldu. Ayrı-ayrı Azərbaycan vətəndaşlarının ölkənin müstəqilliyini, ərazi bütövlüyünü qorumaq kimi ülvü hissləri düşmənə qarşı mübarizəyə səfərbər edilməli olduğu halda, ayrı-ayrı şəxslərin ordunu parçalamaq istiqamətində apardıqları təxribatların qarşısında ümid edilən qüvvəyə çevrilmədi. Dövlətin ordu quruculuğuna rəhbərliyi təmin edə bilməməsi isə ordunun tamamilə parçalanmasına, siyasi mənsubiyyətə görə qruplaşmasına, bəzi cinayətkar şəxslərin ətrafında cəmləşdirilməsinə yol açdı.
Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanda hərbi-təşkilati işlər bir neçə istiqamətdə aparılırdı və milli dəyərlər, xalqın maraqları bu işlərin əsas məzmununu təşkil edirdi. Bu istiqamətlərdən biri Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması idi. Məlumdur ki, Sovet dövründə azərbaycanlı gənclərin əksəriyyətinin arxa xidmət hərbi hissələrinə göndərilməsinin əsas səbəblərindən biri kimi onların rus dilini zəif bilməsi göstərilirdi. Buna görə də onların çox az hissəsi xüsusi ixtisaslar öyrədən hərbi hissələrə yola salınırdı.
Belə bir vəziyyətin mövcudluğunu Heydər Əliyev narahatçılıqla qarşılayırdı və o, şübhə etmirdi ki, bununla azərbaycanlılar hərb işindən yadırğadılır. Bu narahatçılığın aradan qaldırılması üçün Azərbaycanda gənclərin hərbi xidmətə hazırlanmasına yeni tələblər irəli sürüldü. İlk növbədə, respublika məktəblərində rus dilinin tədrisinə diqqət artırıldı, rus dili müəllimləri hazırlayan ayrıca bir institut yaradıldı, Azərbaycan Dövlət Pedaqoji İnstitutu nəzdində ibtidai hərbi hazırlıq müəllimləri hazırlayan fakültə açıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi, məktəblilər arasında hərbi oyunların keçirilməsi davamlı xarakter aldı, respublikadakı hərbi komissarlıq orqanlarının fəaliyyətinə tələbkarlıq artırıldı, respublika rəhbərliyi tərəfindən bu sahədə təşkilatçılıq işləri gücləndirildi. Azərbaycanda hərbi xidmətə çağırış işlərinin vəziyyəti dəfələrlə Heydər Əliyevin rəhbərliyi altında müvafiq vəzifəli şəxslərin iştirakı ilə müzakirə olundu, lazımi qərarlar qəbul edildi.
Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, XX əsrin 70-ci illərindən etibarən peşəkar hərbi kadrların hazırlanması məsələsi Azərbaycan xalqının əsas vəzifələrindən biri kimi ortaya qoyuldu. Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələrin tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi və çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. Ulu Öndər bildirirdi ki, o vaxt bir çox zabit və generalların irəli çəkilməsinə çalışmaqla Azərbaycanın bugünkü zabit kadrlarının əsasının qoyulmasını istəyirdi. Heydər Əliyevin milli zəmində hərbi-təşkilati işinin çox mühüm istiqamətini, Sovet dövründə milli zabit kadrların hazırlanması təşkil edirdi. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Bakıda iki ali hərbi məktəb var idi. Biri Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi, digəri isə Bakı Ali Hərbi Dənizçilik Məktəbi. Bu məktəblərin kursantları sırasında azərbaycanlıların sayı son dərəcə az idi. Bu vəziyyətin dəyişdirilməsi üçün Heydər Əliyev öz qətiyyətini ortaya qoydu və ilk növbədə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin rəhbərliyinə yüksək rütbəli azərbaycanlı kadrın gətirilməsinə nail oldu. Sonra bu məktəbə qəbul olunanlar arasında azərbaycanlıların sayının artırılması üçün geniş təşkilati işlər aparıldı. Nəticədə bu məktəbə daxil olan azərbaycanlıların sayı xeyli artırıldı.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun əməlləri, ideyaları yaşayır və əbədi yaşayacaqdır. Xalqımız əmin ola bilər ki, Azərbaycanın Silahlı Qüvvələri insanların dinc həyatını, Vətənin sərhədlərini qorumağa hər an hazırdır. Çünki Azərbaycan əsgəri Vətən müharibəsində qəhrəmanlıq nümunəsi göstərib.
Cavid Əsgərzadə,
YAP Göygöl rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

