/ / YAP Gənclər Birliyi “Gənclər siyasətinin sistemli təşkilinin cəmiyyətin inkişafında rolu” mövzusunda görüş keçirib
YAP Gənclər Birliyi “Gənclər siyasətinin sistemli təşkilinin cəmiyyətin inkişafında rolu” mövzusunda görüş keçirib
27.05.2021 [09:36]
Mayın 26-da Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi “Gənclər siyasətinin sistemli təşkilinin cəmiyyətin inkişafında rolu” mövzusunda görüş keçirib.
Görüşdə YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov iştirak edib.
Tədbiri açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov mövzunun aktuallığından, mahiyyətindən geniş bəhs edərək bildirib ki, cəmiyyətin avanqard qüvvəsi olan gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissələrindən biridir.
Çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, gəncərlərə diqqət müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə öndə olub: “Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə gəncləri keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərərək bu günümüz üçün möhkəm kadr potensialının əsasını qoyub. Gəncləri gələcəyimiz kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev bu tezisi də irəli sürürdü ki, gələcəyimiz gənclərə indi nəyi və necə öyrətməyimizdən asılıdır. Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunun xüsusi rolu olub. 1996-cı il fevralın 2-də keçirilən bu Forum Ümummilli Lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix, yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi”.
V.İskəndərov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu və Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasında böyük çoxluğu gənclər təşkil edir: “760 mindən artıq üzvü sıralarında birləşdirən partiyada gənclərin təmsilçiliyi böyükdür. Gənclər partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər. Onların ictimai-siyasi fəallıqlarının artırılması istiqamətində mühüm layihələr həyata keçirilir”.
V.İskəndərov çıxışında Azərbaycan gəncliyinin vətənpərvərliyindən, torpaq sevgisindən də geniş bəhs edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində, tarixi Zəfərimizdə gənclərimizin torpağa, Vətənə bağlılıqları böyük rol oynayıb: “Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağının dalğalanması, ərazi bütövlüyümüzün təmin edilməsi üçün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik”.
Daha sonra Milli Məclisin deputatı Vüqar İskəndərov gənclərin suallarını cavablandırıb. Görüş diskussiya şəraitində davam edib.
Xəbər lenti
Hamısına baxGündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12

