İlham Məmmədov: Belə yanaşma qərəzlilikdir və ikili standartlar nümunəsidir
27.04.2021 [08:31]
“Tarixi tarixçilər araşdırmalıdırlar. Təəssüf doğuran haldır ki, bu gün dünyada ayrı-ayrı imperialist güc mərkəzləri tərəfindən tarixdə baş verənlərin məqsədli şəkildə saxtalaşdırılaraq, bundan milli dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunması tendensiyası artıb”.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə verdiyi bəyanata münasibət bildirən Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov ifadə edib.
O, məlum bəyanatda 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasından təəssüf hissi keçirdiyini bildirib.
ABŞ Prezidentinin bəyanatında səsləndirilən fikirlərin obyektivlikdən uzaq olduğunu deyən İlham Məmmədov vurğulayıb: “Bəyanatda tarixdə baş verənlərin siyasi manipulyasiya predmetinə çevrildiyi göz qabağındadır. Keçmişə nəzər salsaq, görərik ki, soyqırıma məruz qalan ermənilər deyil, əksinə onlar tarixin müxtəlif dönəmlərində insanlıqla bir araya sığmayan əməllər törədiblər. 1915-ci il hadisələrini gündəmə gətirənlər həmin dövrdə erməni silahlı dəstələrinin 500 mindən artıq dinc insanı kütləvi şəkildə öldürməsinə dair faktların üstündən sükutla keçirlər. Sual olunur: Nə üçün insan hüquqlarından danışanlar erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirirlər? Ermənilər bizim dövrümüzdə də öz çirkin əməllərini davam etdirirlər. Uzaq tarixə baş vuranlar, saxta erməni “soyqırımı” iddialarını gündəmə gətirənlər üç onillik bundan əvvəl ermənilər tərəfindən Xocalının bir gecənin içində yerlə-yeksan edilməsini, burada XX əsrin növbəti faciəsinin törədilməsini - şəhərin azərbaycanlılardan ibarət sakinlərinin kütləvi şəkildə amansızlıqla qətlə yetirilməsini görməzdən gəlirlər. Tarixdə baş verənlərə belə yanaşma qərəzlilikdir və ikili standartlar nümunəsidir”.
İlham Məmmədov əlavə edib ki, tarixin saxtalaşdırılması yolverilməzdir.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

