/ / YAP Gənclər Birliyi “Türkdilli dövlətlər və Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra” mövzusunda görüş keçirib
YAP Gənclər Birliyi “Türkdilli dövlətlər və Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra” mövzusunda görüş keçirib
23.04.2021 [08:22]
Aprelin 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi “Türkdilli dövlətlər və Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra” mövzusunda görüş keçirib. Milli Məclisin deputatı Ramil Həsən görüşdə iştirak edib.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov türkdilli ölkələr arasında münasibətlərin əhəmiyyətindən danışıb. Qonağı görüş iştirakçılarına təqdim edən Bəxtiyar İslamov bildirib ki, Ramil Həsən uzun müddət YAP Gənclər Birliyinin sədri olub, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi vəzifəsində çalışıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Ramil Həsən əvvəlcə YAP Gənclər Birliyinin yeni heyətinə uğurlar arzulayıb. Ramil Həsən bildirib ki, 2009-cu ildə Naxçıvan şəhərində Türk Şurasının yaradılması tarixi hadisədir. Ötən dövr ərzində Türk Şurasının səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdıran millət vəkili bu dövr ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını qeyd edib: “Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Son Zirvə görüşündə də Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusilə vurğuladı”.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında münasibətlər daha sıxdır. Bütün sahələr üzrə dərin əməkdaşlıq əlaqələri üzərində qurulan bu münasibətlər Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi “Bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq davamlı inkişaf edir. Biz sarsılmaz qardaşlığımızı 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdik. Hər iki ölkə heç bir tərəddüd etmədən bir-birini dəstəkləyir və bundan sonra da belə olacaq. Torpaqlarımızın işğalçı qüvvələrdən azad edilməsi uğrunda gedən döyüşlərdə Türkiyə daim Azərbaycanın yanında oldu. Vətən müharibəsi başlayarkən Türk Şurası da bəyanat verərək Azərbaycana dəstəyini ifadə etdi. Biz bunu yüksək dəyərləndiririk.
Ramil Həsən qeyd edib ki, mart ayında keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə müzakirə olunan məsələlər də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Bu, türkdilli dövlətlər arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür. Təsadüfi deyil ki, Türk Şurasına üzv dövlətlərin başçıları Azərbaycan Respublikasının ərazilərinin hərbi işğaldan azad edilməsini təqdir edib və münaqişənin sona yetməsini alqışlayıblar.
Millət vəkili Zəngəzur dəhlizinin açılmasının da tarixi əhəmiyyətindən bəhs edib: “Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçərək Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyə ilə birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizindən istifadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında iqtisadi əlaqələrin daha da artmasına gətirib çıxaracaq. Bu dəhlizin təkcə iqtisadi yox, siyasi, mədəni və mənəvi baxımdan da önəmi böyükdür. Bu amil türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək. Türk Şurasına üzv ölkələr Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarını da ifadə edirlər”.
Ramil Həsən söyləyib ki, türkdilli dövlətlərin qarşılıqlı səmərəli fəaliyyəti Türk Şurasının beynəlxalq müstəvidə də mövqelərini gücləndirir. Bu baxımdan gələcəkdə türkdilli ölkələrin birliyi daha da güclənəcək və Türk Şurası beynəlxalq münasibətlər sistemində mühüm rol oynayacaq.
Tədbirdə daha sonra millət vəkili gənclərin suallarını cavablandırıb. Görüş diskussiya şəraitində davam edib.
Xəbər lenti
Hamısına baxDünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:20
Sosial
02 Oktyabr 11:16
İqtisadiyyat
02 Oktyabr 10:58

