/ / YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyi 2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirib
YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyi 2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirib
03.02.2021 [09:04]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə 2 Fevral - Gənclər Gününə həsr olunmuş onlayn tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əhəmiyyətindən danışıb. O, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin fərdi inkişafına təkan verən Dövlət proqramları həyata keçirilir. Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində təmsil olunur və özlərini doğruldurlar.
N.Yunusova vurğulayıb ki, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət gənclər təşkilatının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində öz gücünə inam hissini artırır. Onun sözlərinə görə, geridə qoyduğumuz 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə qəhrəman əsgər və zabitlərimiz cəmi 44 günə öz canları, qanları bahasına 30 ilə yaxındır işğal altında olan əzəli torpaqlarımızı düşməndən azad etdilər. Bu hərbçilərin böyük hissəsini isə gənclər təşkil edir.
Tədbirdə sonra Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Sadiq Mirzəzadə çıxış edərək döyüşlərdə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən geniş bəhs edib, ordu sıralarında əsgərlərin Vətənə olan sevgisindən danışıb.
Daha sonra YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədr müavinləri Vüsal Əliyev və Tamerlan Əkbərov, fəal gənc Aysel Tahirova və digərləri çıxış edərək, ölkəmizdə gənclərin inkişafı istiqamətində atılan uğurlu addımlardan bəhs ediblər. Çıxış edənlər həmçinin 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycanın adını tarixə qızıl hərflərlə yazdıran qüdrətli Azərbaycan Ordusunun sıralarında yer alan gənclərlə qürur duyduqlarını söyləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

