/ / YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti” mövzusunda videokonfrans formatında növbəti kursu keçirilib
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti” mövzusunda videokonfrans formatında növbəti kursu keçirilib
12.01.2021 [09:18]
Yanvarın 9-da Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti” mövzusunda videokonfrans formatında kursu keçirilib.
Kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və Onun ətrafında monolit birliyi haqqında məlumat verib, ölkəmizin 44 günlük Vətən müharibəsi dövründə qazandığı parlaq qələbədən bəhs edib.
Sonra Milli Məclisin deputatı, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva mövzu haqqında çıxış edib. S.Fətəliyeva bildirib ki, dövlətin və millətin mövcudluğu üçün zəruri olan təhlükəsizlik və milli maraqlar bir-birini tamamlayan əsas faktorlardır. Belə ki, təhlükəsizlik mühiti olmadan milli maraqlar, milli maraqlar təmin edilmədikdə isə təhlükəsizlik şəraiti yaradıla bilməz. Bu əsasda təhlükəsizlik ölkənin, millətin, xalqın və nəhayət, hər bir vətəndaşın fəaliyyətinin, yaşam tərzinin təməl daşıdır, sabitliyin qarantıdır. Milli, iqtisadi, hərbi siyasətin əsas məqsədi də sabitliyin təmin olunması, təhlükəsizlik mühitinin yaradılmasıdır. Bu gün xüsusən beynəlxalq aləmdəki müasir vəziyyət, siyasi qarşıdurmalara meyilliliyin müşahidə olunduğu indiki vaxtda hər bir dövlətin və cəmiyyətin təhlükəsizliyinin qorunması, insanların həm siyasi, həm də digər maraqlarının təmin olunması mühüm vəzifələr sırasındadır. Elm və texnikanın, informasiya texnologiyalarının inkişaf etdiyi və geniş tətbiq olunduğu müasir şəraitdə informasiya təhlükəsizliyi xüsusilə aktualdır.
S.Fətəliyeva qeyd edib ki, informasiya müharibələrində ən güclü silah informasiya və dezinformasiyadır. Onun sözlərinə görə, qarşıdurma zamanı tərəflər öz ölkəsinin məlumat infrastrukturunu qoruyaraq, düşmən qoşunlarının informasiya sistemlərini, məlumat mənbələrini və məlumat infrastrukturunu məhv etməyə çalışır. Sentyabrın 27-də Azərbaycan Ordusunun Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatlarına başlaması ilə yanaşı, ölkəmizdə informasiya müharibəsi də başlanmış oldu. Bu informasiya müharibəsinin ən qabaqcıl əsgəri isə məhz ölkə başçısı cənab Prezident İlham Əliyev idi. Biz Vətən müharibəsi dövründə Azərbaycanın haqq işinə qarşı informasiya aparan qüvvələrin məkrli yazılarının şahidi olduq. Xarici mətbuata diqqət yetirsək, görərdik ki, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edirdi. Onların böhran xarakterli yazıları əsasən, erməni lobbisinin təsiri altında hazırlanır və birbaşa işğalçıya dəstək məqsədi daşıyırdı. Lakin biz bütün bunlara baxmayaraq dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz sayəsində tarixi ədaləti bərpa edib həm döyüş meydanında, həm də informasiya məkanında qələbə qazandıq.
Daha sonra Sevinc Fətəliyeva kurs iştirakçılarının suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

