Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP parlament seçkisinə namizədlərin vahid siyahısı ilə gedəcəyinə çalışacaq

YAP parlament seçkisinə namizədlərin vahid siyahısı ilə gedəcəyinə çalışacaq

14.04.2010 [09:22]

“Azərbaycanın hakim partiyası parlament seçkisinə namizədlərin vahid siyahısı ilə gedəcəyinə çalışacaq. Hər bir siyasi partiya bir dairədən bir nəfərin namizədliyini irəli sürə bilər. Bir dairədən bir partiyanın iki namizədinin irəli sürülməsi isə politoloji və siyasi baxımdan müəyyən qədər anlaşılmaz qəbul olunur”, - bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı söyləyib.
M.Qurbanlının sözlərinə görə, əvvəlki seçkilərdə olduğu kimi, bu problemlə yenidən üzləşməmək üçün müəyyən tövsiyə verilib. “Rayon təşkliatlarına tapşırılıb ki, deputatlığa namizəd müəyyənləşdirildikdən sonra, partiyanın digər üzvlərinin namizədliyi məsələsi ortaya çıxmamalıdır”, - deyə İcra katibinin müavini əlavə edib.
Onun fikrincə, partiya daxilində bu məsələ birdəfəlik və birmənalı şəkildə həll edilməlidir. “çalışacağıq, gələcəkdə hər hansı üzvümüzün partiyanın rəsmi namizədinin dairəsindən alternativ olması praktikasına bir daha yol verməyək”, - deyə M.Qurbanlı vurğulayıb.

Paylaş:
Baxılıb: 1217 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31