“Qarabağ Azərbaycandır və nida” ifadəsi qələbəmizin rəmzinə çevrilib
11.11.2020 [09:55]
Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun gücünü, qüdrətini, yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirdi. Noyabrın 8-də xalqımız daha bir zəfər xəbərindən qürurlandı. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunmasını elan etməsi 28 ildən artıq həsrətlə bu günü gözləyən xalqımıza sonsuz sevinc hissi yaşatdı. Cənab İlham Əliyev Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını davam etdirərək şəhərlərimizi, kəndlərimizi, strateji yüksəkliklərimizi bir-birinin ardınca işğaldan azad etdiyi günlərdə xarici mətbuata müsahibələrinin birində “Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah” sualına cavabında bildirmişdir ki, istiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Ancaq Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Şuşa, bizim tarixi şəhərimiz, qədim mədəniyyət ocağımızdır. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.
Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı, Ali Baş Komandan yarım qalan işi tamamladı. Şuşamız işğaldan azad olundu. Azərbaycan Ordusu 28 ildən artıq dövrün hər gününün, hər saniyəsinin qisasını aldı. Azadlığın mübarək, Qarabağın ürəyi Şuşamız! Xalqımız Şuşanın azad olunması sevincini Dövlət Bayrağı Günü ilə birgə yaşadı. Bu gün sevincimizə sevinc qatan təbii ki, müstəqilliyimizin, suverenliyimizin, kimliyimizin, qürurumuzun rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad olunmuş ərazilərimizdə dalğalanması, bir daha enməməsinə əminliyimizdir. Paytaxt və bölgələrimizdə, şəhər və qəsəbələrimizdə, dünyanın müxtəlif ölkələrində keçirilən yürüşlərdə zəfər sevincimiz paylaşılır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmır. Biz şanlı qələbəmizi döyüş meydanında qazandıq.
Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı daim bu əminliyi ifadə edirdi ki, dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti, diplomatik uğurlarımız, güclü Ordumuz, birliyimiz, həmrəyliyimiz sayəsində tarixi torpaqlarımıza, o cümlədən mədəniyyət beşiyimiz olan Şuşamıza qayıdacağıq. Dövlətimizin başçısı İlham Əliyevin elə bir çıxışı yox idi ki, bu əminlik ifadə olunmasın - Üçrəngli bayrağımız Qarabağda, Şuşada, Xankəndidə dalğalanacaq. Xalqımızın bu həsrətinə Ölkə Prezidenti “Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”çağırışı ilə son qoydu.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantı istisna edilmir. Bu əminlik haqqın, ədalətin, beynəlxalq hüququn bizim tərəfimizdə olmasına, Azərbaycan Ordusunun gücünə, döyüş ruhuna əsaslanırdı. Xalqımız bu gün Silahlı Qüvvələrimizin qəhrəmanlığı, rəşadəti ilə qürur duyur. Cənab İlham Əliyev kimi qətiyyətli, dövlətinin, xalqının bu gününü, gələcəyini düşünən Lideri olan dövlət hər sahədə liderliyini qoruyacaq, dəyişməz mövqeyini bəyan edəcək, müstəqil siyasəti ilə dünyada söz sahibi olduğunu təsdiqləyəcək. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı bunu bir daha təsdiqlədi. Son 45 gündə dövlətimizin qətiyyəti, Azərbaycan Ordusunun gücü, döyüş meydanında qazandığımız qələbələr, eyni zamanda, Qarabağın tacı olan Şuşamızın işğaldan azad edilməsi bu tarixi bəyanatı şərtləndirdi. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev noyabrın 10-da xalqa müraciətində bir daha bildirdi ki, “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq qələbəmizin rəmzinə çevrilib.
Bu gün hər bir Azərbaycan vətəndaşı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması sevincini yaşayır. Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Qoy Uca Tanrı Prezidentimizi, Ordumuzu, xalqımızı, Vətənimizi qorusun!
Xatirə Əliyeva,
YAP Mətbuat Xidmətinin
əməkdaşı, Siyasi elmlər üzrə
fəlsəfə doktoru, Əməkdar jurnalist
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

