Prezident İlham Əliyev tarixi ədaləti bərpa edir
27.10.2020 [09:18]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün (oktyabrın 26-da-red.) xalqa növbəti müraciətində Qarabağın erməniləşdirilməsinin və eləcə də münaqişənin tarixi xronologiyasına qısa nəzər salmaqla, Azərbaycanın və azərbaycanlıların bu məsələdə üzləşdiyi tarixi ədalətsizliklərdən bəhs etdi. Prezident İlham Əliyev öz müraciətində xüsusi vurğuladı ki, Dağlıq Qarabağda ermənilərə məxsus statusun yaradılması ilə bağlı tarixin müəyyən mərhələlərində dəfələrlə cəhdlər edilmişdir. Ermənilər və onların havadarları mərhələlərlə, addım-addım bu və ya digər dərəcədə öz iyrənc məqsədlərinə nail olmuşlar. Lakin, bu vəhşi xislətlilərin son məqsəd kimi Dağlıq Qarabağı Azərbaycandan ayıraraq, onu ya Ermənistana birləşdirmək, ya da ikinci müstəqil erməni dövləti yaratmaq ideyalarının qarşısında bu gün Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyev amili keçilməz dağ kimi dayanmışdı. Bəli, hər addımlarında məqamından yararlanmağa çalışan və çox vaxt da buna nail olan ermənilər, nəhayət öz istəklərinə nail oldular. Ümummilli Liderimiz Heydər Əliyev Moskvada siyasi hakimiyyətdən uzaqlaşdıqdan dərhal sonra, ermənilər nəinki Dağlıq Qarabağı, hətta çox qısa bir müddət ərzində onun ətrafında daha yeddi rayonu özlərininki edə bildilər.
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, Qarabağ münaqişəsinin birdəfəlik həlli, ermənilərin işğal olunmuş torpaqlarımızdan çıxarılması istiqamətində çox ciddi səylər göstərdi. Lakin, bunun üçün nə zaman yetişmişdi, nə də Azərbaycan buna hazır idi. Bu istiqamətdə uzun yol keçmək, ciddi səylər sərf etmək lazım idi. Azərbaycanı bugünkü güclü və qüdrətli, dünyanın ən sayılı ordularından birinə sahib, güclü iqtisadiyyata malik, beynəlxalq arenada müstəqil mövqeyə və güclü nüfuza malik Azərbaycan etmək üçün yol qət etmək lazım idi. Amma ömür vəfa etmədi.
Tarix nə qədər amansız olsa da, onun da öz qanunauyğunluqları var. Cənab İlham Əliyevi nəzərdə tutaraq, “Mən ona özüm qədər inanıram” deyən Ulu Öndərimiz bu seçimində də yanılmadı. Heydər Əliyev bu tarixi, şərəfli və müqəddəs missiyanın cənab İlham Əliyev tərəfindən uğurla davam etdiriləcəyinə və qalibiyyətlə başa çatdırılacağına inanırdı. Azərbaycanın ötən 17 il ərzində keçdiyi möhtəşəm inkişaf yolu və bu gün Ulu Öndərimizin və xalqımızın Qarabağ arzusunun həyata keçirilməsi istiqamətində Ali Baş Komandanın atdığı addımlar həmin qərarın nə qədər tarixi olduğunu bir daha sübuta yetirir.
Bu gün Ali Baş Komandan Prezident İlham Əliyev xalqa müraciətində müzəffər Milli Ordumuzun uğurları, eləcə də ötən gün işğaldan azad edilmiş növbəti yaşayış məntəqələri haqqında sanki, ənənəyə çevrilmiş xoş müjdələri çatdırdı. Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox yaxın zamanlarda bütün işğal altında olan torpaqlarımızın azad olunacağına varlığı qədər inanır. Bu inamın arxasında xalqın iradəsi, Ali Baş Komandanın qətiyyəti, müzəffər ordumuzun rəşadəti dayanır.
Qarabağ Azərbaycandır!
Hüseyn Paşayev
YAP Mətbuat Xidmətinin rəhbəri, YAP Siyasi Şurasının üzvü
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

