YAP Ağdaş rayon təşkilatında rayon gəncləri ilə onlayn görüş keçirilib
29.08.2020 [00:28]
Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatında rayon gəncləri ilə onlayn görüş keçirilib. Görüşü YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov açaraq ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edib.O qeyd edib ki, dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət hazırda dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir.
Rayon təşkilatı sədrinin sözlərinə görə, ölkəmizdə gənclər hər zaman dövlət qayğısı ilə əhatə olunublar: “Azərbaycan gənclərinin inkişafı ilə bağlı indiyə kimi bır sıra dövlət proqramları icra olunub. Hazırda isə 2015-2025-ci illəri əhatə edən Azərbaycan gəncliyinin inkişaf Strategiyası həyata keçirilir. Qeyd edim ki, gənclər dövlət proqramlarının yaratdığı imkanlardan geniş bəhrələnirlər. Bu mühüm və çoxşaxəli proqramlarda vətənpərvərlik, Azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və sair məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır”.
Görüşdə C.Osmanov, həmçinin Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun çox yüksək olduğunu qeyd edib. Hazırda bütün dünyanın koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunduğunu deyən millət vəkili ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısını almaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm qərarların qəbul edildiyini və tədbirlərin həyata keçirildiyini bildirib.
Görüşdə pandemiya ilə mübarizədə gənclərin xüsusilə fəal rol oynadığı qeyd edilib. Bildirilib ki, pandemiya dövrünün ən vacib elementinə çevrilən könüllülərin fəaliyyəti sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə göstərdi.
Qeyd olunub ki, gənc könüllülər xüsusilə əhalinin xəstəliklə bağlı maarifləndirilməsində, qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin yerinə yetirilməsində, hazırlanmış sosial yardım paketlərinin aztəminatlı ailələrə çatdırılmasında iştirak edib, “Böyüklərimizi qoruyaq” və “Biz birlikdə güclüyük” şüarları ilə keçirilən aksiyalarda 65 yaşdan yuxarı tənha insanların zəruri ehtiyaclarının qarşılanmasında köməklik göstərib, vətəndaşlara tibbi ləvazimatların, gigiyenik və metodiki vasitələrin paylanmasında yaxından iştirak ediblər.
Diskussiya şəraitində keçən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36

