Azərbaycan mətbuatı öz şərəfli missiyasını layiqincə yerinə yetirir
23.07.2020 [09:35]
Siyavuş Novruzov
YAP İcra katibinin müavini, Milli Məclisin Regional
məsələlər komitəsinin sədri
Milli-mənəvi dəyərlərimizin, dövlətçilik maraqlarımızın qorunmasında müstəsna yeri və rolu olan Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür. 22 iyul 1875-ci ildə xalqımızın görkəmli ziyalısı Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı ötən dövr ərzində öz tarixi missiyasını layiqincə yerinə yetirib, xalqımızın mənafeyinə, dövlətimizin maraqlarına xidmət edən çoxşaxəli, məqsədyönlü fəaliyyəti ilə mütərəqqi nümunə yaradıb. Həsən bəy Zərdabinin “mətbuat cəmiyyətin aynasıdır” tezisini əsas götürən milli mətbuatımız cəmiyyətlə dövlət arasında əlaqələndirici rolunu oynayaraq qabaqcıl ideyaların təbliğində müstəsna xidmətlər göstərib.
Azərbaycan mətbuatının zəngin və şərəfli yol keçərək hazırkı inkişaf səviyyəsinə çatması təsadüfi xarakter daşımır. Müstəqillik dövründə milli mətbuatımızn tərəqqisi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə digər sahələrlə yanaşı, milli medianın da inkişafına xüsusi diqqət göstərib, Onun rəhbərliyi ilə bu sahədə ardıcıl və səmərəli addımlar atılıb. KİV üzərində senzuranın aradan qaldırılması, “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbul edilməsi, KİV-in maddi-texniki şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi və digər mühüm addımlar milli mətbuatımızın davamlı inkişafını təmin edən fundamental amillər olub. Milli jurnalistikanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğının məntiqi nəticəsi kimi, Ulu Öndər Heydər Əliyev “Jurnalistlərin dostu” seçilib.
Bunlarla yanaşı, Ümummilli Liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə də milli mətbuatımızın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Qanunvericilik bazası zənginləşdirilib, Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib, jurnalistlərin mənzil-məişət şəraitinin və sosial rifahının yaxşılaşdırılması yönündə davamlı addımlar atılıb, media nümayəndələrinin əməyi daim qiymətləndirilib. Prezident İlham Əliyevin dəfələrlə “Jurnalistlərin dostu” seçilməsi isə Onun milli mətbuatımıza xüsusi diqqət və qayğısının adekvat nəticəsidir.
Hazırda da milli maraqların qorunması istiqamətində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən jurnalistlərin əməyi dövlətimizin başçısı İlham Əliyev və Azərbaycan Republikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən yüksək dəyərləndirilir. Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması milli mətbuatımıza göstərilən diqqət və qayğının daha bir nümunəsidir.
Müasir, demokratik ölkə olan Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz, fikir və ifadə azadlığı tam təmin edilib. Ölkəmizdə çoxsaylı mətbuat orqanları, informasiya agentlikləri və portalları, jurnalist təşkilatları qanunlara müvafiq surətdə sərbəst fəaliyyət göstərir, ölkə əhalisinin 85 faizi isə internet istifadəçisidir.
Təqdirəlayiq haldır ki, milli mətbuatımız müharibə şəraitində olan Azərbaycanın dövlətçilik maraqlarının müdafiəsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər mühüm istiqamətlərdə şərəfli missiyasına sadiqdir və üzərinə düşən vəzifəni müvəffəqiyyətlə yerinə yetirir. Biz bunu son olaraq Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində müşahidə edilənlər fonunda da gördük. Düşmənə hərbi müstəvidə olduğu kimi, informasiya cəbhəsində də layiqli cavab verildi, erməni yalanları məharətlə ifşa olundu.
22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan mətbuatının nümayəndələrini səmimi-qəlbdən təbrik edir, onlara yeni yaradıcılıq uğurları diləyirəm.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

