Deputatlığa namizəd Eldar İbrahimov Naxçıvanda YAP fəalları və seçicilərlə görüşüb
07.02.2020 [10:08]
Yeni Azərbaycan Partiyasının (YAP) 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatlığına namizədi Eldar İbrahimovun təbliğat-təşviqat kampaniyası çərçivəsində partiya fəalları və seçicilərlə görüşü olub.
Görüşü giriş sözü ilə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli açaraq, 2020-ci il fevralın 9-da ölkə parlamentinə keçiriləcək seçkilərin əhəmiyyətindən danışıb, bu mühüm siyasi kampaniyada partiya fəallarının qarşısında duran vəzifələrdən bəhs edib.
Sonra 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Milli Məclisin deputatlığına namizəd Eldar İbrahimov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yarandığı dövrdən, 1990-cı illərin gərgin ictimai-siyasi proseslərindən, özünün partiyanın yaranması və fəaliyyətindəki iştirakından ətraflı bəhs edib. Eldar İbrahimov ölkəmizin müstəqilliyin ilk illərindəki və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin ifadəsi kimi bugünkü inkişaf göstəricilərini əks etdirən faktlarla Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu dövrün müqayisəli təhlilini aparıb.
Namizəd müstəqillik illərində, xüsusən son 25 ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının əsas göstəricilərini görüş iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, məhz partiyamızın iqtidarda olduğu dövrdə ölkəmizdə yaradılan dayanıqlı ictimai-siyasi sabitlik və uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyası müstəqillik illərindəki bütün prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsini təmin edib. Eldar İbrahimov əmin olduğunu bildirib ki, Azərbaycan seçicisi fevralın 9-da ölkə parlamentinə keçiriləcək seçkilərdə də Yeni Azərbaycan Partiyasının qələbəsi üçün öz səsini verəcək.
Daha sonra partiya fəallarının çıxışları olub. YAP Naxçıvan şəhər təşkilatının Şura üzvləri və ərazi ilk partiya təşkilatı sədrləri Anar Abuzərli və Könül Mirzəyeva çıxış edərək, uğurlu təşviqat kampaniyası münasibətilə Eldar İbrahimovu təbrik ediblər. Çıxışlarda əminliklə vurğulanıb ki, böyük hissəsini Yeni Azərbaycan Partiyasının üzvlərinin təşkil etdiyi Naxçıvan şəhərinin seçiciləri seçki günü Eldar İbrahimova səs verməklə, partiyanın seçkilərdəki ümumi qələbəsinin təmin olunmasına töhfə verəcəklər.
Görüşdən sonra partiya fəalları və seçicilər Eldar İbrahimovla fərdi söhbətlər edib, fikir və təkliflərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxAnalitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45

