YAP bütün gücünü Azərbaycan dövlətinin inkişafı naminə səfərbər edib
17.12.2009 [10:03]
Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş dünən Sabirabad rayonunda baş tutub. Tədbiri giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev rayonda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərdən danışıb. Rayon təşkilatının hazırda rayonun bütün kəndlərini əhatə edən geniş təşviqat kampaniyası həyata keçirdiyini söyləyən təşkilat sədri bu məqsədlə seçicilərlə görüşlər keçirildiyini, sakinlərə bələdiyyələrin fəaliyyəti və gələcək perspektivləri barədə, partiyanın bələdiyyə seçkilərində qarşısına qoyduğu məqsəd və vəzifələri haqqında geniş məlumat verildiyini bildirib. O, bu tədbirdə, eləcə də, bütün digər görüşlərdə müşahidə olunan seçici fəallığını, rayon sakinlərinin böyük diqqət və marağını əsas gətirərək deyib ki, Sabirabad rayon sakinləri bələdiyyə seçkilərində Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, xalqımızın rifahı naminə var gücü ilə çalışan YAP-ın namizədlərinə səs verəcəklər.
çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli deyib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir. Son 6 ilin iqtisadi göstəricilərini təhlil etsək görərik ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, dəyişən, müasirləşən ölkəsidir: “Dövlət başçısının müəyyən etdiyi islahatlar kursunun həm miqyas, həm də keyfiyyət baxımından davamlı olması iqtisadiyyatın hər bir strukturunda müşayiət edilməklə yanaşı, ən yeni idarəetmə texnologiyalarının tətbiqi ilə çox böyük nailiyyətlərin əldə olunmasını şərtləndirib. Bu mükəmməl idarəetmə kursu Azərbaycanın müstəqil iqtisadi modelinin formalaşması üçün də əsaslı təməllər yaratmış olub. Prezident İlham Əliyev ən yeni tarixin ortaya çıxardığı siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi stabilliyin möhkəmlənməsinə baza yaratmaqla, iqtisadi tərəqqi erasının təməlini də qoymuş olub. Bu inkişaf prosesinin davam etməsi, yerlərdə bunun məntiqi nəticələrinin daha aydın şəkildə müşahidə olunması üçün qarşıdakı bələdiyyə seçkiləri də xüsusi əhəmiyyətə malikdir. Ona görə də, mən hesab edirəm ki, bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də hər bir vətəndaş öz vətəndaşlıq borcunu yerinə yetirməli, səsvermədə öz iradəsini ifadə etməlidir”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Nizami Xudiyev isə çıxışında bələdiyyələrin Azərbaycandakı demokratik dövlət quruculuğu prosesində yerindən və rolundan geniş bəhs edib. Bələdiyyə seçkilərinin digər seçkilərdən kəskin şəkildə fərqləndiyini deyən millət vəkilinin sözlərinə görə, bələdiyyə seçkiləri daha konkret ərazilərdə keçirilir.
Bələdiyyələrin fəaliyyətinin daha da güclənməsi üçün bir sıra vacib addımların atıldığını deyən N.Xudiyevin qənaətinə görə, həm qanunvericilik bazasının yüksək tələblərə cavab verməsi, həm dövlətin iradəsi, həm də ötən 10 ildə əldə olunmuş nəticələr bu strukturların daha keyfiyyətli fəaliyyətinə zəmin yaradır. İndi əsas vəzifə bu qurmların xalqın etimadını doğruldaraq, istənilən səviyyədə fəaliyyət göstərməsidir: “Biz ən layiqli şəxsləri bu qurumlara seçməliyik ki, gələcəkdə də onlardan nəsə konkret iş gözləyək. Bu mənada sizlər daima sınaqlardan uğurla çıxmış YAP-ın namizədlərinə tam etibar edə bilərsiniz. Mən sizin hər birinizi seçkilərdə fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıram”.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxGündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33

