Xırdalan şəhərinin sakinləri də YAP-ın namizədlərini dəstəkləyəcək
17.12.2009 [10:03]
Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar olaraq təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Xırdalan şəhərində tədbir keçirib. Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bələdiyyə seçkilərilə bağlı ümumi məlumat verib. O, söyləyib ki, bələdiyyələr Azərbaycanda yaranmış gənc özünüidarəetmə strukturudur: “ötən müddət ərzində bələdiyyələrin fəaliyyətində müəyyən çatışmazlıqlar olsa da, bu gün artıq onlar aradan qaldırılmaq üzrədir. Yəni, bələdiyyələrlə bağlı qanunvericilik bazası gücləndirilib, bu strukturların fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün bir sıra vacib qanunlar qəbul edilib”.
Bilman Vəliyev Xırdalan şəhər bələdiyyəsi üzrə YAP-ın 17 namizədi olduğunu diqqətə çatdıraraq söyləyib ki, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərilə bağlı konsepsiyasına uyğun olaraq qadınların və gənclərin namizədliklərinin irəli sürülməsi ötən illərə nisbətən üstünlük təşkil edib: “Xırdalan şəhəri bələdiyyəsi üzrə irəli sürülmüş namizədlər arasında qadınlar və gənclər üstünlük təşkil edir. Mən əminəm ki, hər zaman olduğu kimi, budəfəki siyasi kampaniyada da partiyamızın namizədləri qalib gələcək”.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili İmamverdi İsmayılov bələdiyyələrin fəaliyyəti barədə məlumat verdikdən sonra Xırdalan şəhər bələdiyyəsinin fəaliyyətini qənaətbəxş hesab etdiyini diqqətə çatdırıb: “Biz çalışmayılıq ki, insanların bələdiyyələrə olan münasibətini tamamilə dəyişək. Səmərəli, məqsədyönlü fəaliyyətimizə bu gündən başlamalıyıq”.
Yeni Azərbaycan Partiyasının cəmiyyətdə böyük nüfuza və dəstəyə malik olduğunu söyləyən səlahiyyətli nümayəndə bildirib ki, bu, özünü bələdiyyə seçkilərində də göstərəcək: “Məlum olduğu kimi, YAP bələdiyyə seçkilərinə 15 mindən artıq namizəd irəli sürüb. Müxalifət isə bələdiyyələrə namizəd irəli sürmək üçün insan tapa bilməyib. Bu, nəyin göstəricisidir? Əlbəttə ki, xalqın YAP-a olan inamının. Bu, bir daha göstərdi ki, müxalifətin sosial dayaqları yoxdur”.
O, qeyd edib ki, “Xalqa xidmət naminə” şüarı ilə seçkilərdə iştirak edən YAP budəfəki seçkilərdə qadınların və gənclərin namizədliklərinin irəli sürülməsinə də böyük diqqət ayırıb.
Natiq çıxışının sonunda Abşeron rayonunda aparılan abadlıq-quruculuq işlərinə toxunub.
çıxış edən YAP-ın Xırdalan şəhər bələdiyyəsinə namizədi Eldar Əhmədov ötən müddət ərzində qəsəbədə bələdiyyə tərəfindən görülmüş işlərdən söz açıb. Onun sözlərinə görə, bələdiyyə tərəfindən ərazidə məktəblər, xəstəxana təmir edilib, yollara asfalt döşənib, şəhərin istilik problemi həll olunub, su və kanalizasiya xətləri çəkilib: “Əlbəttə ki, görülmüş bu işləri davam etdirmək lazımdır. İnanıram ki, xırdalanlılar bu dəfə də doğru seçim edərək YAP-ın namizədlərinə səs verəcək və bu işlərin davamlılığını təmin edəcəklər”.
Sonra tədbirdə partiyanın digər namizədləri və sakinlər çıxış ediblər.
çıxış edən Xırdalan şəhər bələdiyyəsinə namizəd çingiz Eyyubov şəhərdə görülmüş işlərdən danışıb: “Xırdalan şəhərində bir sıra məktəblər, xəstəxana təmir edilərək yenidən insanların istifadəsinə verilib. Əminəm ki, Xırdalan sakinləri də bu işləri təqdir edirlər. Vurğulandığı kimi, Yeni Azərbaycan Partiyası budəfəki bələdiyyə seçkilərində gənclərin və qadınların prosesə daha fəal cəlb olunması üçün müəyyən tədbirlər həyata keçirib. Bu, dövlətin gənclərə və qadınlara olan etimadının göstəricisidir. çalışacağıq ki, partiyamızın bizə olan etimadını yüksək səviyyəli, səmərəli fəaliyyətimizlə doğruldaq”.
Digər namizəd İstək Misirov bildirib ki, bələdiyyələr yerli problemlərin həlli ilə yanaşı, digər dövlətlərin bələdiyyələrinin təcrübələrini də mənimsəməlidir: çünki bələdiyyələr birbaşa olaraq insanlara xidmət edir.
Sonra çıxış edən şəhər sakinləri bələdiyyənin gördüyü işləri qənaətbəxş qiymətləndiriblər. Bir sıra çatışmazlıqların olduğunu, Yeni Azərbaycan Partiyasının namizədləri bələdiyyələrə seçildikdən sonra onların da aradan qaldırılacağına inandıqlarını söyləyən sakinlər, budəfəki bələdiyyə seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini əminliklə ifadə ediblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

