Masallı seçiciləri dekabrın 23-də yüksək fəallıq nümayiş etdirəcəklər
08.12.2009 [10:08]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri Masallı rayonun Təzə Alvadı kəndində seçicilərlə görüş keçirib. YAP Masallı rayon təşkilatının sədri Əmanət Əzizov dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərdən danışıb və qeyd edib ki, ötən müddət ərzində özünüidarəetmə orqanlarında namizədliyini irəli sürmüş YAP üzvləri ilə mütəmadi görüşlər keçirilib, onlara bələdiyyələrin ölkənin ictimai-siyasi həyatında oynadığı rolun əhəmiyyəti barədə geniş məlumat verilib. YAP Masallı rayon təşkilatının sədri onu da qeyd edib ki, əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə builki seçkilərdə namizədliyi irəli sürülmüş qadınların və gənclərin sayı 2 dəfədən çox artıb.
Natiq ölkəmizin ümumi inkişafına öz töhfəsini verən YAP-ın resurslarının güclənməsini xüsusi vurğulayaraq növbəti seçkilərdə xalqın dəstəyinin öz təsdiqini tapacağına əmin olduğunu söyləyib.
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bələdiyyə seçkiləri ilə bağlı partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib. YAP-ın ümumxalq partiyası olduğunu deyən H.Babaoğlu qeyd edib ki, partiyamız hər zaman böyük xalq dəstəyinə güvənərək bütün seçkilərdə inamlı qələbə qazanıb. “Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb. Xalqın sosial rifahının yüksəldilməsi həmişə YAP-ın ali məqsədlərindən olub. Partiyamızın bölgədə və dünyada artan nüfuzunun başlıca səbəblərindən biri də məhz güclü sosial dayaqlarının olmasıdır” - deyən Hikmət Babaoğlu bildirib ki, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yüksək inkişaf və tərəqqi konsepsiyasının YAP Sədri, Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi və keyfiyyətcə zənginləşərək yeni mərhələyə qədəm qoyması xalqın iqtidara və partiyamıza olan inam və etibarını daha da möhkəmləndirib. çünki xalq ilbəil yaşayış vəziyyətinin, xoş güzəranının yaxşılaşmasına səbəb olan davamlı islahatları öz həyatında hiss edərək dəyərləndirir: “Hər zaman xalqın sosial qayğıları ilə maraqlanan, onların sosial rifah halının daha da yüksəlməsini amalı hesab edən YAP bu genişmiqyaslı tədbirləri davam etdirməklə xalqın dəstəyini qazanıb. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu tədbirlər YAP-a olan inam və etimadı günü-gündən artırır. Buna görə də, bu inam və sevgi YAP-ın namizədlərinin hər bir seçkidə qələbə qazanmasına şərait yaradır”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bələdiyyələrin ölkə həyatının müxtəlif sahələrində gördüyü işlərdən və onların üzərinə düşən mühüm vəzifələrdən də bəhs edib. H.Babaoğlu bildirib ki, bələdiyyələr respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən mühüm dövlət proqramlarının icrasında yaxından iştitrak edir, ölkəmizin ümumi inkişafına öz töhfələrini verir. Onun fikrincə, bu qurumlar bölgələrdə sosial müdafiə ve sosial inkişaf proqramlarının icrasına böyük diqqət ayırmaqla əhalinin yerli sosial problemlərini də həll etmək imkanlarına malikdir. Ona görə də, bələdiyyələr ölkəmizdə mühüm proqramların icrasında iştirak etməyə daha çox səy göstərməlidir.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov isə bələdiyyələrin fəaliyyətindən geniş danışıb. Onun sözlərinə görə, bu gün dövlət tərəfindən bələdiyyələr üçün müəyyən edilmiş səlahiyyətlər və onların əldə etdiyi yerli gəlirlər imkan verir ki, bu özünüidaretmə orqanları çox mühüm proqramları - məktəblərin tikintisi və bərpasını, təhsil və səhiyyə müəssisələrinin yeni avadanlıqlarla təmin olunması, mədəniyyət, turizm və idman komplekslərinin yaradılmasını və digər tədbirləri həyata keçirə bilsin. “Bələdiyyələrin statusu haqqında” Qanunda da müəyyən edilib ki, yerli özünüidarəetmə orqanları sosial müdafiə və sosial inkişaf proqramlarının icrasında iştirak etməklə yanaşı, yerli sosial-humanitar layihələrin reallaşması təşəbbüsü ilə çıxış etməli və bu tədbirləri yerinə yetirməlidir. ümumiyyətlə, bələdiyyələr bölgələrdə bütün infrastruktur layihələrində, eləcə də, məktəbəqədər tərbiyə, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və təmiri, sanitariya müəssisələrinin təşkili və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının yaxşılaşdırılması, yerli əhəmiyyətli yolların çəkilməsi, nəqliyyat və rabitə xidmətlərinin təşkili, ekoloji məsələlərin həlli ilə bağlı kompleks tədbirlərdə iştirak etməlidir”.
Eldar İbrahimov, həmçinin, qeyd edib ki, YAP Azərbaycanın və regionun ən mütəşəkkil güclü siyasi təşkilatı kimi qarşısına qoyduğu bütün hədəflərə asanlıqla nail olmağa qadirdir. “Bu gün əhalinin sosial məsələlərinin həll edilməsi, onların ən yüksək infrastruktur xidmətləri ilə əhatə olunması partiyaya olan rəğbəti və inamı artırır”. Builki seçkilərdə qadınların və gənclərin aktivliyinə toxunan E.İbrahimov yerli özünüidarəetmə orqanlarında onların təmsilçiliyinin artmasının ümumilikdə cəmiyyətin tərəqqisinə, bölgələrdə mühüm sosial-humanitar məsələlərin həllinə köməklik göstərəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb. Masallı sakinlərinin dövlətə və dövlətçiliyimizə daim sədaqət nümayiş etdirdiyini qeyd edən E.İbrahimov bələdiyyə seçkilərində də bunun bir daha təsdiqlənəcəyini söyləyib. Eldar İbrahimov qeyd edib ki, seçkiyə ciddi hazırlıq onu deməyə əsas verir ki, Masallı seçiciləri bu prosesdə yüksək aktivlik nümayiş etdirməklə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçkilərdə qələbəsini təmin etmiş olacaqlar.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

