YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
01.06.2019 [10:02]
Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Konfransda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov və 200 nəfərdən çox nümayəndə iştirak edib.
Tədbiri YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açıq elan edərək bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir: “Bu gün gənclərimiz üçün hər bir şərait yaradılıb. Onlar dövlət tərəfindən diqqət və qayğı ilə tam əhatə olunublar. Məhz bunun nəticəsidir ki, ölkəsini, dövlətini sevən, onunla fəxr edən gənc bir nəsil yetişməkdədir”.
Ölkəmizdə gənclərlə bağlı qəbul edilən müxtəlif dövlət proqramlarının əhəmiyyətindən söz açan təşkilat sədri rayonda həyata keçirilən tədbirlər haqqında məlumat verərək, rayon gənclərinin quruculuq prosesində fəal iştirak etdiyini diqqətə çatdırıb.
Konfransda hesabat məruzəsi ilə çıxış edən rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Rəhmanov ötən müddət ərzində gənclərin fəallığından, rayonun ictimai-siyasi həyatında yaxından iştirakından, dövlətə, dövlətçiliyə, ölkə başçısının həyata keçirdiyi siyasətə dəstək olmasından bəhs edib.
Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyasının fəal üzvü Elvin Kərimov da çıxış edib.
Daha sonra konfransda təşkilati məsələlərə baxılaraq YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinin 15 nəfərdən ibarət Şurasının yeni tərkibi, eləcə də 9 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi və Elvin Qorxmaz oğlu Kərimov Gənclər Birliyinin sədri seçilib. Həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr müəyyənləşdirilib.
Sonda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də təhsil, səhiyyə və idman həyatında gənclərin uğurlarından danışıb. O, gəncləri ölkəmizin ictimai-siyasi həyatında daha fəal olmağa çağırıb, onlara uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

