YAP Azərbaycan cəmiyyətində qarşılıqlı inam və anlaşma mühitini formalaşdırmağı bacarıb
18.11.2009 [01:19]
Ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ideyası ətrafında birləşdirilməsindən ibarət olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 17-ci ili tamam olur. Bu müddət ərzində ətrafına 500 minlik kontingent toplamağı bacaran ümummilli partiyamız faktiki olaraq qarşısına qoyduğu məqsəd və vəzifələri layiqincə yerinə yetirməyi bacarıb. Əlbəttə ki, əldə olunmuş nailiyyətlərin əsasını xalq dəstəyinin və etimadının təşkil etməsi YAP-ın geniş fəaliyyətini daha səmərəli və uzunmüddətli edir...
Noyabr ayının 21-də 17 yaşı olacaq Yeni Azərbaycan Partiyasının Nizamnaməsində öz əksini tapmış vəzifələrdən biri də “şəxsiyyətin hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin hərtərəfli müdafiəsinə, vətəndaşlar arasında qarşılıqlı anlaşmanın, inamın və humanitar əlaqələrin inkişafına kömək etməkdir”...
Partiyamızın bu vəzifəsinin icrası haqqında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun fikirlərini öyrəndik:
- Azərbaycanın müstəqilliyinin elan olunduğu ilk illərdə ölkədə hansı proseslərin getdiyini, nələrin baş verdiyini hər kəs əyani şəkildə gördü. Hakimiyyət sükanı arxasında əyləşmiş “siyasətçilər” qlobal çağırışlara cavab verən, dünya miqyaslı dəyişikliklərlə ayaqlaşan siyasi kurs seçmədilər və ya bunu bacarmadılar. Siyasi, hüquqi, hərbi və ideoloji müstəvidə vəziyyət həddindən artıq ağır olduğundan cəmiyyətdə çaşqınlıq yaranmış, parçalanma meyilləri müşahidə olunmağa başlamışdı.
Qeyd edim ki, dövlətin və ya cəmiyyətin ayrı-ayrı sferalarında baş verən mənfi tendensiyalar, geriləmələr, eyni zamanda, insan hüquqlarına, demokratiyanın inkişaf vəziyyətinə də təsir edir. Yəni, həmin vaxt ölkədəki özbaşınalıq, xaos özünü iqtisadi gerilikdə də göstərirdi. Bir sözlə, uçurum kənarına atılmış Azərbaycan, demək olar ki, yenidən müstəqilliyini itirmək ərəfəsində idi...
Həmin vaxt AXC-Müsavat cütlüyünün yürütdüyü yarıtmaz siyasətin nəticəsi kimi, Azərbaycan müxtəlif məsələlərlə yanaşı, insan hüquqlarının kobud şəkildə pozulduğu ölkə kimi də tarixə düşdü...
Məhz belə bir ərəfədə xalqın yeganə ümidi Naxçıvana - Ulu öndər Heydər Əliyevə idi. Və tanınmış ziyalıların təklifi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradıldı. Müstəqillik, azadlıq, firavan həyat naminə cəmiyyətin böyük əksəriyyəti bu partiyanın ətrafında birləşdi...
Yeni Azərbaycan Partiyası insanları bir yerə topladığına, dövlətin və xalqın mənafelərini özündə əks etdirən proqramlar ortaya qoyduğuna və insanların arzusunu reallaşdırdığına görə ümummilli partiya adlandırılır...
Belə ki, 1992-ci ilin noyabr ayından ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası bu və ya digər vəzifələrlə yanaşı, şəxsiyyətin hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin hərtərəfli müdafiəsinə, vətəndaşlar arasında qarşılıqlı anlaşmanın, inamın və humanitar əlaqələrin inkişafına kömək etmək məqsədini həyata keçirməyə başladı. Əlbəttə ki, yuxarıda qeyd edilən vəzifələrin yüksək səviyyədə reallaşdırılması iqtisadi geriliyi aradan qaldırılmasından və insanların həyat səviyyəsinin yüksəldilməsindən keçirdi. Bunun üçün Ulu öndərimiz böyük sosial-iqtisadi islahatlar kursunu və neft strategiyasını ortaya qoydu. ölkədə yalnız irəli baxaraq, tarixi tez-tez yada salaraq, səhvlərin təkrarlanmaması prinsipi ilə gələcək addımlar təhlil edilərək böyük işlər həyata keçirildi. Bununla da, Azərbaycanda demokratik prinsiplərin tam bərqərar olmasına iqtisadi zəmin yaradıldı.
2003-cü ildən isə Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP şəxsiyyətin hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin hərtərəfli müdafiəsi, vətəndaşlar arasında qarşılıqlı anlaşmanın, inamın və humanitar əlaqələrin inkişafı istiqamətində daha səmərəli addımlar atıldı. ötən müddət ərzində dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsi, insan hüquqlarının qorunması və ya təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsi sahəsində ciddi işlər görüldü. Hətta Milli Məclisdə insan hüquqlarının qorunması ilə bağlı qəbul edilmiş qərarlarla yanaşı, YAP Ali Qanuna - Konstitusiyaya da əlavə və dəyişikliklər barədə təkliflər irəli sürərkən, daha çox insan hüquqlarının qorunması məsələsinə yer ayırmışdı. Bu təkliflər isə cəmiyyəti qane etdiyindən böyük əksəriyyət tərəfindən dəstəklənmişdi...
Bütün bunların nəticəsi kimi deyə bilərik ki, YAP Azərbaycan cəmiyyətində qarşılıqlı inam və anlaşma mühitini formalaşdırmağı bacarıb.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
İqtisadiyyat
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35

