/ / YAP siyasi plüralizmə əsaslanan dövlət idarəçiliyi və vətəndaş cəmiyyətini inkişaf etdirmək əzmindədir
YAP siyasi plüralizmə əsaslanan dövlət idarəçiliyi və vətəndaş cəmiyyətini inkişaf etdirmək əzmindədir
17.11.2009 [09:54]
Ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ideyası ətrafında birləşdirilməsindən ibarət olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 17-ci ili tamam olur. Bu müddət ərzində ətrafına 500 minlik kontingent toplamağı bacaran ümummilli partiyamız faktiki olaraq qarşısına qoyduğu məqsəd və vəzifələri layiqincə yerinə yetirməyi bacarıb. Əlbəttə ki, əldə olunmuş nailiyyətlərin əsasını xalq dəstəyinin və etimadının təşkil etməsi YAP-ın geniş fəaliyyətini daha səmərəli və uzunmüddətli edir...
Noyabr ayının 21-də 17 yaşı olacaq Yeni Azərbaycan Partiyasının Nizamnaməsində öz əksini tapmış vəzifələrdən biri də “çoxpartiyalı sistemə, demokratik hakimiyyətə və siyasi plüralizmə əsaslanan dövlət idarəçiliyi və vətəndaş cəmiyyətini inkişaf etdirməkdir”...
Məhz, partiyamızın bu vəzifəsinin icrası məqsədilə görülən işlər haqqında YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyevanın fikirlərini öyrəndik:
- Azərbaycan xalqının XX əsrin əvvəllərində demokratik dövlət quruculuğu həyata keçirmək niyyətinin qarşısı çox qısa zaman kəsiyində alındı. çünki parlamentində bütün xalqların nümayəndələrinin təmsil olunduğu Azərbaycan Demokratik Cümhuriyyətinin başının üstünü totalitar libaslı “qara buludlar” aldı. Müstəqilliyə, demokratikliyə meyilli olan xalqımız ikinci dəfə azadlıq əldə edərkən, həmin niyyətini yenidən həyata keçirmək istəyirdi. Amma bu dəfə hakimiyyət sükanını ələ keçirmiş bir sıra səriştəsiz siyasətçilər şəxsi maraqlarını milli mənafedən üstün tutmaqla dövləti məhv olmaq təhlükəsilə üz-üzə qoydular. Yəni, anarxiyanın baş alıb getdiyi bir məkana çevrilən Azərbaycan parçalanma astanasına gətirildi. ölkədə insan hüquq və azadlıqları kobudcasına pozulurdu, silahlı dəstələr arasındakı münaqişələr adi vətəndaşların həyatlarını təhlükə altında qoyurdu. Bir sözlə, Azərbaycan AXC-Müsavat cütlüyünün fəaliyyəti nəticəsində insan hüquqlarının pozulduğu qeyri-demokratik bir dövlətə çevrilirdi...
Lakin Naxçıvanda gedən prosesləri yaxından izləyən insanlar ümidlərini də məhz ümummilli liderə bağlamış, gözlərini Naxçıvana dikmişdilər. Eyni zamanda, AXC-Müsavat cütlüyünün yarıtmaz siyasətindən əzab çəkməməsi üçün insanları bir çevrədə birləşdirəcək siyasi partiya yaradılmalı idi. Həmçinin, qeyd olunmalıdır ki, dövlətçiliyi müdafiə edən, inkişaf naminə bütün potensialını ortaya qoymağa hazır olan insanları bir partiyada yalnız Ulu öndərimiz birləşdirə bilərdi. Belə ki, 1992-ci ilin noyabr ayında ziyalılarımızın müraciətindən sonra Naxçıvanda Azərbaycanı çoxpartiyalı sistemə, demokratik hakimiyyətə və siyasi plüralizmə əsaslanan dövlət idarəçiliyi və vətəndaş cəmiyyətini inkişaf etdirmək əzmində olan Yeni Azərbaycan Partiyası yaradıldı...
YAP-ın Sədri, ümummilli lider Heydər Əliyev dövlətə qarşı həyata keçirilmiş bütün təxribatların qarşısını aldıqdan sonra müasir Azərbaycanı qurmağa başladı.
Əlbəttə ki, demokratik dövlət quruculuğunu həyata keçirmək üçün iqtisadi tərəqqi vacib amil, ilkin şərt kimi qəbul edilməlidir. Bu məsələ siyasətşünaslıq elmində dəfələrlə sübut olunmuş bir məsələdir...
Belə ki, YAP çoxpartiyalı sistemə, demokratik hakimiyyətə və siyasi plüralizmə əsaslanan dövlət idarəçiliyi qurmaq və vətəndaş cəmiyyətini inkişaf etdirmək vəzifəsini qarşısına məqsəd kimi qoyaraq Azərbaycandakı atmosferi tamamilə dəyişən işlər həyata keçirdi. İlk növbədə, ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə Azərbaycanda hüquqi müstəvidə balans yaradan, insanların hüquq və azadlıqlarını müəyyənləşdirən, müdafiə edən, ən nəhayət, demokratik inkişafa güclü təkan verən Əsas Qanun - Konstitusiya ümumxalq səsverməsilə qəbul edildi. ölkədə vətəndaş cəmiyyətini inkişaf etdirmək məqsədilə konkret fəaliyyət həyata keçirildi. Qeyri-hökumət təşkilatlarının genişmiqyaslı fəaliyyətinə şərait yaradıldı. Bu gün biz dövlət, xalq üçün həssas məsələ ortaya çıxan kimi, vətəndaş cəmiyyətinin aktivliyinin hansı səviyyədə olduğunu görürük. Eyni zamanda, ölkədə partiyaların yaradılması çoxpartiyalı sistemin bərqərar olmasına gətirib çıxardı...
çoxpartiyalı sistemə, demokratik hakimiyyətə və siyasi plüralizmə əsaslanan dövlət idarəçiliyi və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi YAP-ın Sədri, Prezident İlham Əliyevin dönəmində də uğurla davam etdirilir.
Demokratiyanın digər göstəricisi olan seçkilər sahəsində də həyata keçirilmiş tədbirlər ölkədə ədalətli, şəffaf və azad seçkilərin keçirilməsi ənənəsini daha da möhkəmləndirib. Bunun nəticəsidir ki, artıq Avropa dövlətləri, ABŞ və seçki sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar Azərbaycanın seçki təcrübəsindən başqa ölkələrdə istifadə edilməsini tövsiyə edirlər...
Bununla yanaşı, YAP xalqın maraqlarını və istəklərini özündə ehtiva edən Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi barədə təkliflər paketi hazırladı və ümumxalq səsverməsində çox hissəsi insan hüquqları ilə bağlı olan sənəd xalqın böyük dəstəyini qazandı.
Hazırda, ölkəmizdə bələdiyyə seçkilərinə hazırlıq işləri həyata keçirilir. Hər zaman novatorluğu ilə gündəmdə olan YAP budəfəki siyasi kampaniyada da özünəməxsus yeniliklər etdi. Demokratik prinsiplərlə inkişaf edən Azərbaycanda dövlət idarəçiliyində qadınların və gənclərin təmsilçilik əmsalının artırılması ilə partiyamız ölkəmizin seçki tarixində mühüm addım atmış oldu. Əminəm ki, bələdiyyə seçkilərində də insanlarımız yeniliyə, demokratik inkişafa səs verəcək...
Bir sözlə, bu gün tam əminliklə demək olar ki, Azərbaycanda milli adət-ənənə, dəyərlər əsasında demokratik dövlət modeli formalaşdırılıb...
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49

