YAP-ın sıraları günü-gündən genişlənir, üzvlərinin sayı artır...
11.11.2009 [10:22]
Ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ətrafında birləşdirilməsindən ibarət olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 17-ci ilidir. Bu müddət ərzində ətrafına 500 minlik kontingent toplamağı bacaran ümummilli partiyamız faktiki olaraq qarşısına qoyduğu məqsəd və vəzifələri layiqincə yerinə yetirməyi bacarıb. Əlbəttə ki, əldə olunmuş nailiyyətlərin fundamentini xalq dəstəyinin və etimadının təşkil etməsi YAP-ın geniş fəaliyyətini daha səmərəli və uzunmüddətli edir... Noyabr ayının 21-də 17 yaşı olacaq Yeni Azərbaycan Partiyasının qarşısına qoyduğu və böyük uğurlarla köklənmiş vəzifələri barədə ayrı-ayrılıqda YAP-ın rayon və şəhər təşkilatlarının sədrləri ilə söhbətləşdik.
Qeyd edək ki, YAP-ın nizamnaməsində öz əksini tapmış vəzifələrdən biri “müstəqil, demokratik, hüquqi, dünyəvi və sosialyönümlü dövlətin qurulması naminə birgə səy göstərmək istəyən Azərbaycan vətəndaşlarını öz ətrafında birləşdirmək və partiya işinə cəlb etməkdir”...
Partiyamızın bu vəzifəsinin icrası məqsədilə gördüyü işlər haqqında YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyevin fikirlərini öyrəndik:
- 1992-ci ildə Azərbaycanın yenicə qazandığı müstəqilliyini qorumaq, dövlətimizi gücləndirmək və ölkəni bərabərhüquqlu aktor kimi beynəlxalq münasibətlər sisteminə çıxarmaq məqsədilə ətrafında vətənpərvər, uzaqgörən insanları birləşdirən Yeni Azərbaycan Partiyası yaradıldı. Ağır dönəmdə Ulu öndər Heydər Əliyevin ətrafında toplaşmış vətənpərvər insanlar Naxçıvana gedərək Azərbaycanın işıqlı sabahına olan ümidlərinin yalnız və yalnız ümummilli liderimizlə bağlı olduğunu sübuta yetirdilər. Həyatları təhlükədə olmasına baxmayaraq, dövlətimizin və xalqımızın gələcəyini düşünən bu insanlar yaradılmış partiyanı inkişaf etdirərək Cənubi Qafqazın və hətta deyərdim ki, bütövlükdə regionun avanqard, ən güclü siyasi qüvvəsinə çevirdilər...
Ulu öndər Heydər Əliyevin partiyaya rəhbərliyi dönəmində qarşısına qoyduğu məqsəd və vəzifələrə doğru addım-addım irəliləyən Yeni Azərbaycan Partiyası xalqın etimadını doğrultmağa və ətrafında çoxminli kontingent formalaşdırmağa başladı. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi də partiyamıza daha böyük uğurlar gətirdi və bu gün də nailiyyətlər seriyası davam etdirilməkdədir...
Qeyd edim ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 500 minə yaxın insan birləşib. Bu insanlar sadəcə olaraq partiyaya üzv olmaq naminə deyil, müstəqil, demokratik, hüquqi, dünyəvi və sosialyönlü dövlətin qurulması naminə birgə səy göstərmək amalı ilə Yeni Azərbaycan Partiyasının ətrafına toplaşmış üzvlərdir. Partiya sıralarında olan insanlar müxtəlif sahələrdə çalışmaqla, həm partiyamızın qarşısına qoyduğu vəzifələrə necə əməl etməsini sübut edir, həm də güclü dövlətin yaradılması prosesinə özünəməxsus töhfə vermiş olurlar...
Əlbəttə, partiyanın gücü onun LİDERİNİN fəaliyyətindən də asılıdır. Əgər LİDER dövlətin iqtisadi cəhətdən güclənməsi, onun beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi, insanların yaşayış səviyyəsinin yüksəldilməsi, dövlət-vətəndaş münasibətlərinin inkişaf etdirilməsi naminə dayanmadan səmərəli fəaliyyət göstərirsə, o zaman həmin LİDERİN rəhbərlik etdiyi partiya cəmiyyətdə böyük dəstəyə və nüfuza malik olacaq. Bu baxımdan söylədiyimiz keyfiyyətlər Yeni Azərbaycan Partiyasına da aiddir. çünki, partiyamızın sədri cənab Prezident İlham Əliyevin hərtərəfli fəaliyyəti nəticəsində günü-gündən inkişaf edən, gözəlləşən Azərbaycan yuxarıda söylənilən nailiyyətləri əldə edib. Ona görə də, YAP-ın sıraları günü-gündən genişlənir, üzvlərinin sayı artır...
...ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının sıralarında yer almış insanlar qarşıya qoyulmuş vəzifələr naminə bütün ictimai-siyasi aksiyalarda aktiv şəkildə iştirak edir və partiyanın uğur qazanmasına öz töhfələrini verirlər. Biz bunun əyani sübutunu keçirilmiş siyasi kampaniyalar zamanı gördük. Partiyanın sıralarında yer almış gənclər və qadınlar daha çox fəallıq nümayiş etdirərək cənab Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən inkişaf siyasətinin davamlı olmasına öz müsbət münasibətlərini bildirdilər...
Xüsusilə vurğulamaq istəyirəm ki, bu, ictimai bir işdir. Burada insanları maddi maraq cazibəsi çəkə bilməz. çünki, ortada hər hansısa maliyyə olmur. Belə olan halda, ortaya maraqlı paradiqma çıxır... İnsanların maddi maraqları olmayan yerdə bütün enerjisini, potensialını dövləçilik, inkişaf və tərəqqi naminə sərf etməsinin amalla, sevgi ilə, ideologiya ilə bağlı olduğunu əminliklə söyləmək olar. Yeni Azərbaycan Partiyasını bir çox siyasi təşkilatlardan fərqləndirən cəhət bundan ibarətdir ki, partiyamızın ətrafında dövlətçiliyin inkişafına xidmət edən, bunun əvəzində isə qarşılıq gözləməyən vətənpərvər insanlar yığışıb...
Sonda söyləmək istəyirəm ki, cənab Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası sıralarını daha da genişləndirərək, cəmiyyətin aktiv üzvlərini öz ətrafına toplayaraq daha böyük uğurlara imza atacaq, gələcək nəsillər üçün qüdrətli, yenilməz, hüquqi, dünyəvi, vətəndaş-dövlət münasibətlərinin ən yüksək səviyyədə olduğu bir dövlət formalaşdıracaq.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46

