YAP Ağdaş rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıq davam edir
07.11.2009 [11:04]
Onun sözlərinə görə, seçkilərə hazırlıq prosesinə start verildikdən sonra 15 nəfərdən ibarət Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsi və onun nəzdində 5 qrup yaradılıb: “Qərargaha Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının aparatında xüsusi otaq ayrılıb, otaq texniki təsisatlarla təmin olunub, qərargah üzvlərinin fəaliyyəti üçün lazımi iş şəraiti yaradılıb. İlkin fəaliyyət istiqamətləri müəyyənləşdirilib, qərargah üzvləri üçün treninqlər keçirilib. 77 ərazi ilk partiya təşkilatında seçkilərə hazırlıqla bağlı görüşlər, toplantılar keçirilib, müzakirələr və fikir mübadilələri aparılıb”.
Cavid Osmanov onu da deyib ki, həmin müzakirələr zamanı YAP üzvü olan 356 bələdiyyə üzvünün ötən seçkidən keçən dövr ərzindəki fəaliyyəti təhlil olunub, onların arasından, eləcə də, yeni namizədlərin müəyyənləşməsi istiqamətində müzakirələr aparılıb və 41 bələdiyyə üzrə bələdiyyə üzvlüyünə 375 nəfərin namizədliyi irəli sürülüb: “Namizədlərdən 115 nəfəri qadın, 85 nəfəri gənc, 186 nəfəri isə ali təhsillilərdir. Namizədlərin sənədləri hazırlanıb, 90 saylı Ağdaş və 89 saylı Göyçay-Ağdaş dairə seçki komissiyalarına təqdim olunaraq, imza vərəqələri alınıb. İmzatoplama kampaniyası qısa müddət ərzində uğurla başa çatıb, 390 imza vərəqi üzrə 7887 seçicidən imza toplanıb. İmza vərəqələri müvafiq sənədlərlə birlikdə dairə seçki komissiyalarına təhvil verilib. DSK-lara təqdim etdiyimiz sənədlərə baxılıb və namizədlərimiz qeydə alınıb”.
YAP Ağdaş rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıq işlərinin davam etdirildiyini deyən Cavid Osmanov əlavə edib ki, rayon sakinlərinin Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyev cənablarına inamı çox güclüdür: “Ağdaşlılar bu inamı ötən il keçirilən prezident seçkilərində, bu ilin mart ayında keçirilən ümumxalq səsverməsi - referendumda bir daha nümayiş etdiriblər. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında birləşən 11 mindən artıq partiya üzvü, eləcə də, rayon seçicilərinin mütləq əksəriyyəti ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, respublikamızın Prezidenti, Partiyamızın Sədri İlham Əliyev cənablarının uğurla həyata keçirdiyi siyasi xəttə sadiqdirlər. Zəngin seçki təcrübəsinə malik olan rayonumuzda bütün seçki proseslərində hər zaman yüksək seçici fəallığı nümayiş olunub. Aparılan və aparacağımız işlərə əsasən əminliklə deyə bilərik ki, bələdiyyə seçkiləri də rayonumuzda uğurla keçəcək, seçicilərimiz Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olacaq və onlara səs verəcəklər. Hər zaman yüksək seçki mədəniyyəti nümayiş etdirən Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində də qələbə qazanacaq”.
YAP Ağdaş rayon təşkilatının Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva bələdiyyə seçkilərində qadınların fəallığının artırılması istiqamətində önəmli addımların atıldığını deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan qadını ictimai-siyasi proseslərdə fəal şəkildə iştirak edir. Eyni zamanda, dövlət idarəçiliyində də onların təmsilçiliyi yüksəkdir.
Rayon təşkilatının Qadınlar Şurasının bütün proseslərdə xüsusi fəallıq göstərdiyini deyən T.Şıxıyeva qadınların bu seçkilərdə də öndə gedəcəyini bildirib. “YAP Ağdaş rayon təşkilatının Qadınlar Şurası əvvəlki siyasi kampaniyalarda da yüksək fəallıq nümayiş etdirib. çalışacağıq ki, budəfəki bələdiyyə seçkilərində də qadınların iştirak payı yüksək olsun. Eyni zamanda, bütün seçkilərdə olduğu kimi, bu dəfə də xalqın Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinə inanırıq”.
YAP Ağdaş rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Vüsal Davudov da bu seçkilərdə YAP-ın namizədlərinin qalib gələcəyinə əmin olduğunu deyib. Onun sözlərinə görə, ölkədə həyata keçirilən hərtərəfli islahatlar Azərbaycanı regionun lider dövləti edib: “Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkədə hər gün yeniləşmə və inkişaf baş verir. Təbii ki, bu yeniləşmə və inkişafdan biz gənclərə də pay düşür”.
Vüsal Davudov cəmiyyətin aparıcı üzvləri olan gənclərin əvvəlki siyasi kampaniyalarda olduğu kimi, budəfəki seçkilərdə də fəallıq nümayiş etdirəcəklərini deyib: “Ağdaş rayon gəncləri bu vaxta qədər üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəliblər. Əminəm ki, onlar bələdiyyə seçkilərində də xüsusi fəallıq nümayiş etdirəcək, YAP-ın namizədlərinin qalib gəlməsi üçün əllərindən gələni əsirgəməyəcəklər”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

