YAP Səbail rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib
27.09.2018 [09:30]
Sentyabrın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 27-ci və Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü ilə əlaqədar YAP Səbail rayon təşkilatının qarşısında duran vəzifələr müzakirə edilib. Həmçinin ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatların dinlənilməsi və YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin və Qadınlar Şurasının hesabat-seçki yığıncaqlarının keçirilməsi ilə əlaqədar hazırlıq işləri, o cümlədən cari məsələlərə baxılıb.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək gündəlikdəki məsələləri diqqətə çatdırıb. Ş.Hacıyev deyib ki, bu gün çox mürəkkəb və ziddiyyətli bir dünyada yaşayırıq. Yaxın coğrafiyada baş verən müharibələr, qanlı toqquşmalar, miqrantlarla bağlı problemlər bütün dünyanı, xüsusən də Avropanı çalxalayır.
“Amma bütün bunlara baxmayaraq, Azərbaycan həmişə olduğu kimi sabitlik adasıdır, öz inkişaf yolu ilə gedir. Ölkəmiz həm iqtisadi, həm sosial cəhətdən inkişaf edir. Azərbaycanın çoxşaxəli beynəlxalq münasibətləri uğurla genişləndirilir. Biz bütün ölkələrlə əməkdaşlıq edirik, onların sayı gündən-günə artır”, - deyə Ş.Hacıyev əlavə edib.
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın ticarət əlaqələrinin genişlənməsi, gəlirlərinin çoxalması hərbi gücümüzün artmasına şərait yaradıb ki, bu da ən böyük problemimiz olan Ermənistan-Azərbaycan Dağıq Qarabağ münaqişəsinin həlli istiqamətində vacib amildir.
Ş.Hacıyev qeyd edib ki, Azərbaycan xalqının tarixində 15 sentyabr günü olduqca əlamətdar bir gündür. 1918-ci il sentyabrın 15-də Bakı şəhəri Qafqaz İslam Ordusunun köməyi ilə erməni-bolşevik quldur dəstələrinin əsarətindən azad olundu. Bu tarixi hadisənin 100 illiyi həm Azərbaycanda, həm də qardaş Türkiyədə böyük qürur hissi ilə qeyd edilir. Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakının azad edilməsinin 100 illiyi münasibətilə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin bölmələrinin iştirakı ilə keçirilən möhtəşəm parad iki ölkə arasındakı qardaşlıq münasibətlərini dünyaya bir daha nümayiş etdirdi.
İclas çıxışlarla davam edib.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

