/ / YAP Qadınlar Şurasının nümayəndələri Bilgəh qəsəbəsində yerləşən Təqaüd yaşına çatmış şəxslər üçün Sosial Xidmət İdarəsində olublar
YAP Qadınlar Şurasının nümayəndələri Bilgəh qəsəbəsində yerləşən Təqaüd yaşına çatmış şəxslər üçün Sosial Xidmət İdarəsində olublar
13.06.2018 [09:21]
İyunun 12-də Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının nümayəndələri 15 İyun - Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Təqaüd yaşına çatmış şəxslər üçün Sosial Xidmət İdarəsində olub, ahıl insanlarla görüşüblər.
Görüşdə çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, bu il Azərbaycan xalqı üçün əlamətdar hadisələrlə zəngindir. Belə ki, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, 15 İyun - Milli Qurtuluş Gününün 25 illiyi, 26 iyunda isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyidir.
N.Əliyeva qarşıdan müqəddəs Ramazan bayramının gəldiyini xatırladaraq qeyd edib ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşır. Bu siyasətin əsası isə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanın son illər qazandığı genişmiqyaslı uğurlardan danışan Nurlana Əliyeva qeyd edib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də, ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir. “Bizim arzumuz doğma Azərbaycanımızı firavan, xoşbəxt görməkdir. Arzu edirik ki, hamılıqla bir yerdə torpaqlarımızın işğaldan azad olunmasını bayram edək, belə bayramları həmin torpaqlarda keçirək. Azərbaycan Prezidenti bu məqsədlərə çatmaq üçün uğurlu siyasət həyata keçirir”, - deyə YAP Qadınlar Şurasının sədri vurğulayıb.
Onun sözlərinə görə, YAP daim müxtəlif layihələr həyata keçirərək qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirir. N.Əliyeva belə görüşlərin bundan sonra da davam edəcəyini deyib. Hökumətin və partiyanın həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verdiyini deyən Qadınlar Şurasının sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzində saxlanılır. Belə tədbirlər dövlətimizin, Prezident İlham Əliyevin siyasətinə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə buradakı insanlarla görüşməkdən məmnunluğunu bildirib. Əlamətdar bayramlar münasibətilə onları təbrik edən Dilarə Seyidzadə mühüm tarixi hadisə - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Cümhuriyyətin tariximizdəki yeri və rolu haqda fikirlərini bölüşüb. “Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı Sərəncamında da xüsusi qeyd edilir ki, Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirib. Xalq Cümhuriyyəti XIX əsrin axırları - XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb”, - deyən Dilarə Seyidzadə dövlət başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını yüksək dəyərləndirib.
Ötən əsrin ilk illərindən başlayaraq çar Rusiyasının ucqarlarda, xüsusən Azərbaycandakı milli müstəmləkəçilik siyasətini tarixi faktlar əsasında geniş şərh edən Dilarə Seyidzadə qeyd edib ki, 1917-ci ilin fevralında Rusiyada çarizmin devrilməsindən sonra başqa xalqlar kimi, Azərbaycan xalqının da qarşısında sosial-iqtisadi, siyasi və milli inkişaf üçün geniş imkanlar açılmışdı. Dövlət Dumasının Azərbaycandan olan deputatları Rusiyada parlamentarizmin təşəkkülündə və inkişafında iştirak edərək, parlament fəaliyyəti sahəsində böyük təcrübə qazanmışdılar. Bu təcrübə onlara bütün səylərini birləşdirərək qısa müddətdə müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa imkan verdi.
Prezidentin köməkçisi həmçinin Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə həyata keçirilən bir sıra mühüm tədbirlər, qəbul edilən qanunlar, eləcə də Cümhuriyyətin qurucularının siyasi fəaliyyəti, o cümlədən Dövlət Dumasında, dövri mətbuatda cəsarətli çıxışları və Azərbaycanın istiqlaliyyəti uğrunda apardıqları mübarizə haqqında ətraflı məlumat verib. O, diplomatlarımızın 1918-ci ildə həyata keçirdiyi xarici siyasətindən də bəhs edib. Qeyd edib ki, Versal konfransında iştirak edən Əlimərdan Topçubaşov, Nəsib bəy Yusifbəyli, Ceyhun Hacıbəyli Cümhuriyyətimizi beynəlxalq arenada tanıdıb.
“Bu istiqamətdə kütləvi tədbirlərin keçirilməsi Cümhuriyyət tariximizin hər kəs tərəfindən öyrənilməsinə imkan yaradır”, - deyən Dilarə Seyidzadə vurğulayıb ki, Cümhuriyyətin qurucularının ən böyük arzusu müstəqil Azərbaycanı görmək olub və bu gün müstəqil dövlətimiz mövcuddur: “Azərbaycan ikinci dəfə müstəqil olduqdan sonra bu şərəfli işi Ulu öndər Heydər Əliyev həyata keçirib. Ümummilli lider xarici ölkələrə səfər etdiyi zaman müstəqil Azərbaycanın üçrəngli bayrağına fəxrlə baxırdı. Ümummilli lider beynəlxalq tribunalardan azərbaycanlı olduğunu qürurla söyləyirdi”.
Daha sonra Dilarə Seyidzadə Ulu öndərlə bağlı xatirələrindən danışıb, Ümummilli lider Heydər Əliyevin humanist ideyalarından və dövlətinə, millətinə bağlılığından bəhs edib.
Tədbirdə həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Əminə Seyidzadə, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova çıxış edərək dövlətimizin sosial siyasətinin əhəmiyyətini və bu istiqamətdə ahıl insanlara göstərilən qayğının önəmini qeyd ediblər.
Sosial Xidmət İdarəsinin direktoru Qətibə Əsədova isə çıxışında burada yaşayan sakinlərin dövlətin qayğısı ilə tam əhatə olunduğunu diqqətə çatdırıb.
Görüşdə çıxış edən ahıl insanlar da respublika rəhbərliyinin onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, YAP Qadınlar Şurası tərəfindən ahıl insanlara bayram sovqatları təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45

