Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Göygöldə seçicilərlə görüşlər davam etdirilir

Göygöldə seçicilərlə görüşlər davam etdirilir

05.04.2018 [10:20]

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüşlər rayonun Toğanalı, Göyçəkənd, Yeni Zod və Üçtəpə kəndlərində keçirilib.
Görüşlərdə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın inkişaf yolunda irəlilədiyini bildirib. “Son 15 ildə həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib”, - deyən T.Əliyev diqqətə çatdırıb ki, Azərbaycan xalqının mütləq əksəriyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir.
Görüşlərdə çıxış edənlər - təbliğat qrupunun üzvləri Adil Qarayev, Ofelya Rəhimova, Əliqaya Namazov və Habil İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər.
Seçicilər isə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.

Paylaş:
Baxılıb: 830 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31