YAP Qubadlı rayon təşkilatının VIII konfransı keçirilib
17.10.2017 [10:16]
Oktyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının VIII konfransı keçirilib. Sumqayıt şəhərində yerləşən Qubadlı RİH-in iclas zalında keçirilən tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov və digər qonaqlar iştirak ediblər. Konfrans nümayəndələri və qonaqlar əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri qoyublar. Daha sonra tədbir Dövlət himninin səslənməsilə açıq elan edilib və YAP-ın yaranmasının 25-ci ildönümunə həsr olunmuş videoçarx nümayiş olunub.
Konfransda YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev geniş hesabat məruzəsi ilə çıxış edib. Natiq bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasının memarı, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir. A.Haxverdiyev bildirib ki, hesabat dövründə YAP Qubadlı rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqram müddəalarının, Yeni Azərbaycan Partiyasının qurultaylarının qərarlarının, İcra Katibliyinin tapşırıq və tövsiyələrinin rəhbər tutulması əsasında tam dəqiqliyi ilə həyata keçirib. Hazırda rayonda 80 ərazi ilk partiya təşkilatı, 3371 nəfər partiya üzvü vardır ki, onlardan 1838-i qadın, 1533 nəfəri isə kişidir. Partiya üzvlərinin 1326 nəfərini gənclər təşkil edir.
Daha sonra konfransda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov YAP-ın ölkənin siyasi həyatında əvəzolunmaz rolundan bəhs edərək bildirib ki, Ulu öndərin rəhbərliyi ilə yaradılan partiya hər zaman milli maraqlarımızın keşiyində dayanıb. M.İsaqov qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində ölkəmiz bütün sahələr üzrə sürətlə inkişaf edir, gözəlləşir, güclənir. Sevindirici haldır ki, bu uğurlu siyasət dahi liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
Konfransda çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinn üzvü Eldar İbrahimov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox vətəndaşımız birləşib: “Sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ölkəmizin dünyada tanınmasına nail olub. Sözsüz ki, bu inkişafın önündə YAP aparıcı siyasi qüvvə kimi çıxış edərək xalqın rifahına xidmət edir və bundan sonra da edəcəkdir”.
Konfransda təşkilati məsələlərə baxılıb və Allahverdi Haxverdiyev yenidən YAP Qubadlı rayon təşkilatının sədri seçilib. Konfransda həmçinin sədrin müavinləri, rayon təşkilatının 15 nəfərdən ibarət İdarə Heyəti, 31 nəfərdən ibarət Şura və 5 nəfərdən ibarət Nəzarət-təftiş qrupu formalaşdırılıb.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup rayon sakininə “Fəxri fərmanlar” təqdim olunub, partiyanın sıralarına yeni qəbul olmuş şəxslərə isə YAP-ın üzvlük vəsiqələri verilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30

