YAP Abşeron rayon təşkilatında Şura iclası keçirilib
29.09.2017 [10:20]
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Şurasının növbəti iclası keçirilib. İclasda çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev Şura üzvlərini gündəliklə tanış edib. Çıxışında ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən bəhs açan B.Vəliyev qeyd edib ki, həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qarşıya qoyulan məqsədlərə nail olunub, əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində uğurlu fəaliyyət göstərilib. Vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə müəyyənləşdirilən iqtisadi inkişaf siyasəti mühüm sosial proqramların reallaşdırılmasına yol açıb.
B.Vəliyev həmçinin bildirib ki, YAP-ın yaranmasının 25 illiyi ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Partiyamızın ötən 25 ildə şərəfli yol keçdiyini diqqətə çatdıran natiq bildirib ki, Azərbaycan dövlət müstəqilliyinin itirilmə təhlükəsi ilə qarşı-qarşıya qaldığı dövrdə xalqımız dövlətin xilası üçün Ulu öndər Heydər Əliyevə üz tutub. B.Vəliyev 91 ziyalının imzası ilə YAP-ın yaradılması və Ümummilli liderin bu siyasi təşkilata rəhbərlik etməsi haqda müraciətin Ulu öndər Heydər Əliyevə ünvanlandığını söyləyib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin yaratdığı YAP müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrilib.
Çıxış edən YAP Abşeron rayon təşkilatının sədr müavini İlham Manafov deyib ki, 1992-ci ildə YAP-ın yaranması tarixi zərurətdən irəli gəlib. Natiq bildirib ki, Ulu öndər Heydər Əliyev ölkəmizdə siyasi sabitliyin bərqərar olmasına nail oldu. Milli Konstitusiyamızın qəbulu isə ölkədə hüquqi dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilməsinə zəmin yaratdı.
Sonra çıxış edən Şura üzvləri Əsgər Əmrəliyev və Könül İbrahimova YAP-ın Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi təşkilatı olduğunu söyləyiblər. İclasda YAP-ın yaranmasının 25-ci ildönümü ilə bağlı Tədbirlər Planı təsdiq olunub. Daha sonra yeni yaradılmış iki ərazi ilk partiya təşkilatının qeydə alınması ilə bağlı məsələ müzakirə olunub. Hər iki ərazi ilk partiya təşkilatı qeydə alınıb və YAP-a yeni qəbul olunan partiya üzvlərinin üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxElm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56

