Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoymağa çağırır
07.07.2017 [10:05]
Yeni Azərbaycan Partiyası iyulun 4-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərin həlak olması ilə nəticələnən hadisə ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul edib.
Müraciətdə qeyd olunur ki, iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələrinin növbəti təxribatı nəticəsində azyaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın qətlə yetirilməsi qəti şəkildə pislənilməlidir. İnsanlığa yaraşmayan bu hərəkət erməni terrorçularının uşaq qatili olduğunu bir daha sübuta yetirmişdir. Ermənistanın işğalçı hərbi birləşmələri tərəfindən təmas xəttinə yaxın ərazilərin atəşə tutulması, dinc əhalinin qətlə yetirilməsi Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Bu vəhşilik bir daha göstərir ki, erməni təcavüzünün qarşısının alınmaması, beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin biganəliyi erməni terroristlərinin əl-qolunu açır və mahiyyət etibarı ilə dinc insanların vəhşicəsinə qətlə yetirilməsinə rəvac verir.
YAP-ın qəbul etdiyi müraciətdə qeyd olunub ki, erməni hərbi birləşmələri tərəfindən münaqişə ilə birbaşa bağlı olmayan ərazilərdə, təmas xəttindən uzaqda yaşayış məntəqələrinin və mülki əhalinin atəşə tutulması Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir. Erməni silahlı qüvvələrinin bu cür təxribatlar törətməsi, mülki insanları hədəfə alması Ermənistanın beynəlxalq humanitar hüquq əsasında üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır. Bu, eyni zamanda 1949-cu il Cenevrə konvensiyalarının və ona 1 saylı Əlavənin və hərbi münaqişələr zamanı sivil davranış qaydaları haqqında beynəlxalq sənədlərin, o cümlədən uşaqların hüquqlarının və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Yeni Azərbaycan Partiyasının yaydığı müraciətdə qeyd olunub ki, bu hadisə Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış mövcud status-kvonun dəyişdirilməsinin vacibliyini bir daha sübut edir.
Qeyd olunub ki, müvafiq beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həlli üçün məsuliyyət daşıyan ATƏT-in Minsk qrupu insanlığa qarşı yönəlmiş bu cinayətə obyektiv münasibət bildirməli, təcavüzkar Ermənistana münasibətdə beynəlxalq hüquq müstəvisində qətiyyətli addımlar atılmalıdır.
Müraciətdə bildirilir ki, Ermənistan hakimiyyətinin gərginliyi artırmaq cəhdləri BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin təcili şəkildə icra olunmasının qaçılmaz olduğunu bir daha sübuta yetirir.
Yeni Azərbaycan Partiyasının yaydığı müraciətdə dünya ictimaiyyətinə, bütün beynəlxalq təşkilatlara, dünya siyasətində aparıcı mövqeyə malik dövlətlərə, o cümlədən beynəlxalq siyasi qurumlara və partiyalara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə öz töhfəsini vermək, regionda bu qanlı münaqişə ocağının söndürülməsinə səylər göstərmək çağırışı yer almışdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50

