YAP Lerik rayon təşkilatının IX konfransı keçirilib
01.07.2017 [10:17]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının IX konfransı keçirilib. Rayon Mədəniyyət Evində Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı İqbal Məmmədov, YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov və digər qonaqlar iştirak ediblər.
YAP Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, rayon təşkilatı konfranslararası hesabat dövrü ərzində öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqram müddəalarının, Yeni Azərbaycan Partiyasının qurultaylarının qərarlarının, İcra Katibliyinin tapşırıq və tövsiyələrinin rəhbər tutulması əsasında tam dəqiqliyi ilə həyata keçirib: “Hesabat dövründə ilk təşkilatların sayı 53-dən 59-a çatmışdır. 2016-cı ildə partiya sıralarına 132 nəfər qəbul olunmuşdur. Hazırda YAP rayon təşkilatı 59 ərazi ilk partiya təşkilatında 4000 nəfərə yaxın partiya üzvünü özündə birləşdirir. Hesabat dövründə partiya sıralarına 471 nəfər qəbul olunmuşdur ki, bunların da 42 faizini gənclər təşkil edir. Partiya sıralarına qəbul olunanlara vəsiqələrin verilməsi bir qayda olaraq Heydər Əliyev Mərkəzində və ya tarixi günlərin qeyd olunduğu tədbirlərdə həyata keçirilir ki, bu da gənclərin həyatında yaddaqalan iz buraxır. Əvvəlki illərə nisbətən qadınların partiya sıralarına qəbuluna xüsusi diqqət yetirilmişdir. Konfranslararası müddətdə qəbul olunanların 43 faizini qadınlar təşkil edir. Əvvəlki illərdə bu rəqəm 19-21 faiz təşkil edirdi”.
Milli Məclisin deputatı İqbal Məmmədov YAP-ın çətin dönəmdə yarandığını, həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının Ümummilli lider Heydər Əliyevə müraciət etdiyini xatırladıb: “Məhz bu müraciətdən sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 1992-ci ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bununla Azərbaycanın xilas edilməsi mərhələsi başlanmış oldu. Xalqın tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində növbəti mühüm tarixi hadisə oldu. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində ölkəmiz bütün sahələr üzrə sürətlə inkişaf edir, daha da güclənir. Sevindirici haldır ki, bu uğurlu siyasət dahi liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP-ın Azərbaycanın ictimai-siyasi həyatındakı əhəmiyyətindən, yaranma zərurətindən, keçdiyi inkişaf yolundan söz açıb: “Məlum olduğu kimi, Azərbaycan 1992-ci ildə çətin bir vəziyyətdə idi. Ölkədə qarışıqlıq, anarxiya hökm sürürdü. Bir tərəfdən, Ermənistanın işğalçılıq siyasəti, digər tərəfdən isə, daxili çəkişmələr Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini ciddi təhlükə qarşısında qoymuşdu. Bunu görən Ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək YAP-ın yaradılmasına və ona rəhbərlik etməyə razı olduğunu bildirdi. Azərbaycan xalqının tarixində çox mühüm rol oynayan bu hadisə ölkədə yeni ictimai-siyasi situasiyanın yaranmasının, dövlətçiliyimizin xilasının başlanğıcı oldu”.
V.Rəhimzadə qeyd edib ki, o dövrdə hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə imkan verilmədiyindən konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi: “Respublikanın şəhər və rayonlarından 550 nəfərdən artıq nümayəndənin iştirak etdiyi konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqramı və Nizamnaməsi qəbul edildi. Konfransda Ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Eyni zamanda, partiyanın Siyasi Şurası və İdarə Heyəti formalaşdı. Beləliklə, YAP böyük bir güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatına daxil oldu. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunmuş və hər bir vətəndaşın yaşayış səviyyəsində ciddi irəliləyişlər baş vermişdir. Bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq YAP-ın sıralarında 700 minə yaxın insan birləşir. Azərbaycan tarixində indiyə qədər 700 min üzvü olan siyasi təşkilat olmayıb. Sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı bu siyasəti və inkişafı daha da sürətləndirərək, respublikamızın bütün dünyada tanınmasına nail olub. Sözsüz ki, bu inkişafın önündə YAP lokomotiv kimi çıxış edərək xalqın rifahına xidmət edir və bundan sonra da edəcək”.
Daha sonra konfransda təşkilati məsələlərə baxılıb. Cəlil Baxşıyev YAP Lerik rayon təşkilatının yeni sədri seçilib. Konfransda həmçinin yeni tərkibdə rayon təşkilatının Şurası, İdarə Heyəti, eləcə də Nəzarət-Təftiş Qrupu seçilib.
Xəbər lenti
Hamısına baxDünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39

