YAP Bərdə rayon təşkilatının X konfransı keçirilib
24.06.2017 [09:15]
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı son illər ideya siyasi cəhətdən daha da möhkəmlənib, rayonun ictimai-siyasi, mədəni və təsərrüfat həyatında aparıcı qüvvəyə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu barədə YAP Bərdə rayon təşkilatının iyunun 23-də keçirilən X konfransında danışılıb. Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda əvvəlcə dövlət himni səsləndirilib, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, YAP-ın banisi, Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təşkilatın sədri Fəqət Şadlinskayanın hesabat məruzəsində qurumun ötən konfransdan keçən dövr ərzindəki fəaliyyəti geniş təhlil edilib. Bildirilib ki, rayon təşkilatı ötən konfransdan keçən müddət ərzində daha da təşkilatlanıb, ictimaiyyət arasında kütləviliyi artıb. Bu dövrdə 3315 nəfər partiya sıralarına qəbul edilib. Hazırda 150 ərazi ilk partiya təşkilatı öz sıralarında 10 min 912 nəfər siyasi həmfikiri birləşdirir. Onlardan 4447 nəfəri qadın, 3257 nəfəri isə gənclərdir.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da sosial-iqtisadi inkişaf uğurla davam etdirilir. Son illərdə rayonda Heydər Əliyev adına park-bulvar, 23 məktəb, təhsil şöbəsi, uşaq incəsənət məktəbi, Kənd Təsərrüfatı İdarəsi üçün binalar, Regional Baytarlıq Laboratoriyası, “ASAN Xidmət” Mərkəzi, Qəhrəmanlar, Nüşabə parkları, Mərkəzi Meydan, qaçqın və məcburi köçkünlər üçün çoxmərtəbəli binalardan ibarət 866 və 588 ailəlik yaşayış massivləri, 195 ailəlik qəsəbə inşa edilib. Çörək kombinatı, Mehdili kəndində ət və süd emalı müəssisəsi və soyuducu anbar, Alpout-Nazırlı, Otuzikilər-Vəliuşağı kənd yolları tikilib istifadəyə verilib, şəhər və 104 kənd tam qazlaşdırılıb. Son illərdə altı dəfə Bərdəyə səfər edən Prezident İlham Əliyevin rayonda gedən işlərdən razılığını bildirməsi bərdəlilərdə böyük ruh yüksəkliyi yaradıb, onlara quruculuq işlərinin daha da genişləndirməyə stimul verib.
Sonra konfransda təşkilatın nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.
YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfrans iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, partiyanın keçdiyi inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. Bildirib ki, böyük tarixi yol keçən, Ümummilli lider Heydər Əliyevin banisi olduğu YAP 700 minə yaxın insanı öz ətrafında birləşdirir. Ümumxalq partiyası olan YAP-ın sıralarına hər il 25 minə yaxın yeni üzv qəbul olur ki, onların da böyük hissəsi gənclərdir.
YAP İcra katibinin müavini partiya üzvləri qarşısında duran vəzifələrdən danışıb, tövsiyələrini bildirib.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək diqqəti Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əldə olunan uğurlara, o cümlədən Bərdədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə yönəldib. Bildirib ki, müstəqil Azərbaycan dövlətinə, onun qurucusu və memarı, Ulu öndər Heydər Əliyevin ideyalarına daim sədaqətli olan partiyanın rayon təşkilatının üzvləri bu tədbirlərin önündə gedir, fəallıqları ilə seçilirlər.
Çıxışlardan sonra konfransın qətnaməsi qəbul olunub. Konfransda təşkilati məsələlərə də baxılıb. Fəqət Şadlinskaya yenidən YAP Bərdə rayon təşkilatının sədri, həmçinin təşkilatın 61 nəfərdən ibarət Şurasının, 19 nəfərdən ibarət İdarə Heyətinin üzvləri və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupunun tərkibi seçilib.
YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov konfransda iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17

