Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının hesabat-seçki konfransı keçirilib
22.06.2017 [09:42]
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının VIII hesabat-seçki konfransı keçirilib. Konfransda ötən müddət ərzində görülən işlər müzakirə olunub, təşkilati məsələlərə baxılıb, YAP Sumqayıt şəhər təşkilatına yeni sədr seçilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi anılıb.
Heydər Əliyev Mərkəzində keçirilən konfrans dövlət himninin səsləndirilməsi ilə işə başlayıb.
Yeni Azərbaycan Partiyasının banisi, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransın reqlamenti və katibliyi seçiləndən sonra YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizin inkişafına, tərəqqisinə gətirib çıxarıb. Dahi şəxsiyyət Heydər Əliyevin ideyaları əsasında formalaşan, böyük inkişaf yolu keçən YAP bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub və fəaliyyətini uğurla davam etdirir. Diqqətə çatdırılıb ki, 1993-cü ildə fəaliyyətə başlayan YAP Sumqayıt şəhər təşkilatı hazırda 25 min 545 üzvü ətrafında birləşdirir. Bunların 13 min 666 nəfəri qadınlar, 12 min 339 nəfəri isə gənclərdir. Ötən hesabat-seçki konfransından bu günədək partiya sıralarına 6 min 832 nəfər qəbul olunub.
Sonra Nəzarət-Təftiş Qrupunun sədri Nigar Cəfərovanın hesabatı dinlənilib.
Məruzə ətrafında çıxış edən YAP şəhər təşkilatının üzvləri vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası böyük çətinliklərə sinə gərərək, tutduğu mövqeyi ilə xalqın partiyası imicini qazanıb.
Natiqlər YAP Sumqayıt şəhər təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən və tarixindən ətraflı danışıb. O, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi, uzaqgörənliyi və qətiyyəti nəticəsində qurulan və Azərbaycanın ictimai-siyasi həyatına inamla daxil olan Yeni Azərbaycan Partiyasını ölkəmizin tarixində yeni dövrün başlanğıcı kimi dəyərləndirib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, YAP şəhər təşkilatının üzvləri Ulu öndər Heydər Əliyevin ideyalarının davamçılarıdırlar. Qeyd edilib ki, tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında sektor müdiri vəzifəsinə təyin edildiyi üçün partiya təşkilatının sədrliyindən azad olunmasını xahiş edib.
Konfransda təşkilatın sədri vəzifəsinə Sumqayıt Dövlət Universitetinin prorektoru Ramiz Hüseynov, həmçinin təşkilat sədrinin müavinləri, Şura və İdarə heyətinin üzvləri, nəzarət-təftiş qrupu seçilib.
Sonda konfransın qətnaməsi və Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45

