/ / YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirib
YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirib
06.05.2017 [12:14]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Qadınlar Şurası Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Nərimanov rayonu Məktəb-Lisey Kompleksində tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Məktəb-Lisey Kompleksinin direktor müavini Xədicə Əliyeva Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən bəhs edib.
Tədbirdə Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova çıxış edərək Ümummilli liderimiz Heydər Əliyevin təhsilin, elmin, mədəniyyətimizin inkişafı, Azərbaycan xalqının bir ideya - azərbaycançılıq ideyası ətrafında birləşməsi istiqamətində atdığı addımlardan geniş söhbət açıb. O bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının müəllifidir. YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova isə bildirib ki, həm sovet hakimiyyəti, həm də müstəqillik dövründə Ulu öndər Heydər Əliyev yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. O qeyd edib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: “Bu günümüzün gerçəkliyi budur ki, Azərbaycan dinamik inkişaf yolundadır. Hər bir sahədə tərəqqi müşahidə olunur. Dünyanın ən nüfuzlu mətbuat orqanlarında ölkəmizin iqtisadi və siyasi uğurları geniş şərh olunur. Eyni zamanda, dünya siyasətçiləri bu fikri hər zaman bəyan edirlər ki, ölkəmizdə həyata keçirilən siyasətin alternativi yoxdur”.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Məhbubə Məmmədova bildirib ki, Ümummilli lider Heydər Əliyev millətimizin və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib. Ölkəmizin ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra düşmüş olduğu çətin dönəmlərdən də məhz Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və yüksək bacarığı sayəsində xilas olduğunu söyləyən Qadınlar Şurasının sədr müavini dövlətimizin sağlam, sarsılmaz təməllər üzərində bərqərar olmasının əsasının da o dövrlərdə qoyulduğunu vurğulayıb.
Daha sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub.
Sonda Məktəb-Lisey Kompleksinin şagirdləri ədəbi-bədii kompozisiya təqdim ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31

