Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının IX konfransı keçirilib
20.04.2017 [09:16]
Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının IX konfransı keçirilib. Konfransda YAP Siyasi Şurasının üzvləri - Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Milli Məclisin deputatı Aydın Hüseynov və YAP İcra Katibliyinin məsul işçisi Rəfael Gülməmmədov iştirak ediblər.
Konfransdan öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri qoyulub.
Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov ötən konfransdan bu günə qədər rayon təşkilatının fəaliyyəti, həyata keçirdiyi tədbirlər, YAP fəallarının rayonun ictimai-siyasi həyatında iştirakı, təşkilata üzv olanların sıralarının genişlənməsi, respublika əhəmiyyətli tədbirlərə verilən dəstək və digər mövzular barədə geniş məlumat verib. M.Bayramov rayon təşkilatının fəaliyyətini YAP İcra Katibliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirdiyini, verilən tövsiyələrin daim rəhbər tutulduğunu vurğulayıb.
Sonra YAP Tovuz rayon təşkilatının Nəzarət-Təftiş qrupunun sədr müavini Vasif Abdullayevin məruzəsi dinlənilib. Məruzə ətrafında rayon təşkilatı İdarə Heyətinin üzvü, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, M.Ələkbərov adına məktəbin müəllimi, Əməkdar müəllim Fazil Məhərrəmov, rayon təşkilatı Şurasının üzvü, mərkəzi rayon xəstəxanasının baş həkimi Paşa Muradov, rayon təşkilatı Gənclər Birliyinin sədri Nihad Pənahov, Hunanlar məktəbi ərazi ilk təşkilatının sədri Fərmayıl Cəfərov və rayon təşkilatı Qadınlar Şurasının sədri Aybəniz Dəmirova çıxış ediblər. Konfrans YAP Tovuz rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirib və qarşıdakı dövr üçün fəaliyyət proqramını müəyyənləşdirib.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında dayandığı bir vaxtda zamanın təxirəsalınmaz tələbindən irəli gələrək yaradılmış bir partiyadır. Onun sözlərinə görə, YAP ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürmüşdür. YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir. M.Quliyev deyib ki, yarandığı ilk gündən YAP ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov isə çıxışında deyib ki, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən dövrdə şərəfli yol keçib, hazırda öz sıralarında 700 min nəfərə yaxın Azərbaycan vətəndaşını birləşdirən nəhəng siyasi qüvvəyə, bu günün və gələcəyin ən böyük partiyasına çevrilib. Onun sözlərinə görə, YAP Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu, bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq”.
YAP İcra Katibliyinin məsul işçisi Rəfael Gülməmmədov partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və YAP-ın cəmiyyətdə aparıcı rolundan danışıb, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs edib. O vurğulayıb ki, YAP xalqın istək və arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranıb. R.Gülməmmədov əlavə edib ki, bu gün cəmiyyətimizin bütün təbəqələrindən olan insanlar Yeni Azərbaycan Partiyasına üz tuturlar.
Daha sonra konfransda təşkilati məsələyə baxılıb, rayon təşkilatının sədri, 35 nəfərdən ibarət Şura üzvləri və 5 nəfərdən ibarət Nəzarət-Təftiş qrupunun üzvləri seçilib. Məzahir Bayramov yenidən YAP Tovuz rayon təşkilatının sədri seçilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçılarının müraciəti qəbul olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

