Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib

YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib

19.07.2016 [10:01]

İyulun 18-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Səbail rayon, Əhməd Cavad 12 ünvanında yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə bağlı iclas keçirilib.
İclasda YAP İcra katibinin müavini Mübariz Qurbanlı, partiyanın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, partiya üzvləri iştirak ediblər.
Mübariz Qurbanlı Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının xalqımızın və ölkəmizin həyatında mühüm rolu olduğunu, yarandığı gündən bu günə kimi siyasi mübarizələrlə dolu şərəfli bir yol keçdiyini bildirib. O, məhz bu partiyanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin mütərəqqi bir dövlətə çevrildiyini, xalqımızın daha firavan həyata qovuşduğunu vurğulayıb.
Şəmsəddin Hacıyev müasir Azərbaycanın müstəqillik tarixinin uğurlarının Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyib. O, Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olaraq Azərbaycanın inkişafı naminə çalışdığını söyləyib.
İclasda ilk partiya təşkilatı təsis edilib və Əhməd Cavad 12 yeni ərazi ilk partiya təşkilatına Səyyad Salahlı sədr seçilib.
Daha sonra yeni təsis edilən Əhməd Cavad 12 ilk partiya təşkilatının sədr müavini və katibi seçilib.

Paylaş:
Baxılıb: 1054 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31