YAP alternativsiz siyasi qüvvədir
21.11.2015 [10:12]
YAP Nərimanov rayon təşkilatında partiyanın yaradılmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatında partiyanın yaradılmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev Yeni Azərbaycan Partiyasının yaranması zərurətindən danışıb, o dövrdə baş verən hadisələrlə bağlı fikirlərini bildirib. A.Fərzəliyev qeyd edib ki, xalqımız 1992-ci ilin noyabrında Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasını böyük sevinclə qarşılayıb. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı: “Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir”.
A.Fərzəliyev bildirib ki, 2003-cü ildən alternativi olmayan bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin ötən dövrdəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirib: “YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir”.
“Eyni zamanda, noyabrın 1-də ölkəmizdə keçirilən növbəti parlament seçkilərinin nəticələri göstərdi ki, Azərbaycan cəmiyyəti Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu ölkənin davamlı inkişafının, bundan sonrakı uğurlarının, təminatlı gələcəyinin mühüm şərti hesab edir”, - deyə A.Fərzəliyev vurğulayıb.
Çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Azərbaycanı XXI yüzilliyin və üçüncü minilliyin dinamik inkişaf yoluna gətirib çıxarmış Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu, bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir”.
Tədbirdə çıxış edən “91-lər” hərəkatının üzvü Əlişir Musayev bildirib ki, partiyamızın qurucusu Heydər Əliyev tarix yaradan şəxsiyyətdir. 1990-cı illərin əvvəlində qarşıda duran əsas vəzifənin müstəqil dövlət quruculuğu olduğunu xatırladan Ə.Musayev YAP-ın da bu məqsədlə yaradıldığını qeyd edib: “YAP yaradılanda onun şüarı “Müstəqil Azərbaycan uğrunda” idi. Yəni partiyamız müstəqil dövlət quruculuğu uğrunda mübarizə aparırdı və buna da nail olub. Bu gün məhz Heydər Əliyev şəxsiyyətinin sayəsində Azərbaycan müstəqilliyinin dönməzliyini təmin edib. Ulu öndər Heydər Əliyevin ideyaları, prinsipləri Azərbaycanda əbədidir. Bu prinsiplərin əsasında isə azərbaycançılıq ideologiyası dayanır. YAP məhz bu ideya və prinsipləri yaşadır, təbliğ edir”.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, YAP Nərimanov rayon təşkilatının sədr müavini Vüqar Səfərli çıxışında partiyanın yaranması ərəfəsində ölkədə baş verən prosesləri təhlil edib, YAP-ın tarixi zərurətdən yarandığını bildirib. 1992-ci ilin noyabrında YAP-ın təsis konfransında iştirak etdiyini deyən V.Səfərli bundan qürur duyduğunu qeyd edib. “Heydər Əliyev ideyaları ilə silahlanmış YAP hələ bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinə, milli tərəqqimizə xidmət edəcəkdir”, - deyən natiq ölkəmizdə demokratik cəmiyyətin qurulduğunun, söz və mətbuat azadlığının təmin edildiyini vurğulayıb.
Tədbirdə YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Günay İmanova və Kooperasiya Universitetinin tələbə-gənclər təşkilatının sədri Tamerlan Əkbər çıxış edərək YAP-ın gənclər siyasətinin əhəmiyyətini vurğulayıblar.
Sonda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və bir neçə partiya fəalına fəxri fərmanlar, hədiyyələr təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

