Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tahir Mirkişili seçicilərlə görüş keçirib

Tahir Mirkişili seçicilərlə görüş keçirib

24.10.2015 [11:51]

Noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) apardığı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən YAP-ın namizədi Tahir Mirkişilinin şəhərin 4-cü mikrorayonunun seçiciləri ilə görüşü keçirilib.
Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev qarşıdan gələn parlament seçkiləri ilə bağlı məlumat verib. Bütün seçiciləri noyabrın 1-də seçki məntəqələrinə çağıran A.İmaməliyev son illərdə ölkəmizdə aparılan uğurlu iqtisadi-sosial inkişaf siyasətindən danışıb. A.İmaməliyev YAP-ın bu inkişaf prosesinə mühüm dəstək verdiyini bildirib. Onun sözlərinə görə, bu gün ölkəmizdə həyata keçirilən siyasi kurs vətəndaşlarımızın sosial rifahının yüksəlişinə istiqamətlənib.
Çıxış edən YAP-ın Milli Məclis seçkilərində namizədi Tahir Mirkişili ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində atılan addımlardan bəhs edib: “Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı yönündə mühüm addımlar atılır. Lisenziyaların “ASAN xidmət” tərəfindən verilməsi bürokratik əngəllərin aradan qalxmasına yol açacaq. Bu yeniliklər Azərbaycan iqtisadiyyatının yeni mərhələyə qədəm qoymasını şərtləndirir. Bu gün ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı birbaşa cənab Prezidentimizin diqqətindədir. Mən inanıram ki, noyabrın 1-də seçicilərimiz ölkəmizin inkişaf yolunda hər zaman Prezidentimizin siyasi kursunu dəstəkləyən YAP-ın namizədlərinə səs verəcəklər”.
Daha sonra YAP-ın namizədi seçiciləri maraqlandıran sualları cavablandırıb.
P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 1013 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30