Bəyimsarov seçiciləri YAP-ın namizədinə səs verəcəklər
22.10.2015 [10:42]
YAP-ın 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən deputatlığa namizədi Ağalar Vəliyevin seçicilərlə növbəti görüşü keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində partiya tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Tərtər rayonunun Bəyimsarov kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının yüksək nüfuza sahib olduğunu bildirib: “Azərbaycan sürətli və sabit inkişaf tempi ilə bir çox ölkələr üçün nümunədir. Heç şübhəsiz, bu inkişafda Yeni Azərbaycan Partiyasının özünəməxsus rolu var. Ona görə də seçiciləri parlament seçkilərində layiqli şəxslərə - Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram”.
Daha sonra Ağalar Vəliyevin vəkilləri Rəxşəndə Abdullayeva və Nigar Əliyeva onun tərcümeyi-halı və əmək fəaliyyəti barədə geniş məlumat veriblər. Vurğulanıb ki, Ağalar Vəliyev IV çağırış Milli Məclisin İqtisadi siyasət komitəsinin, Avstriya, Belarus, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub və Azərbaycan-Slovenya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə Ağalar Vəliyev “Əməkdar mühəndis” fəxri adına layiq görülüb və dövlət başçısının 10 aprel 2012-ci il tarixli Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub.
Tədbirdə çıxış edən Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs edib və Yeni Azərbaycan Partiyasının namizədlərinin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandığını bildirib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti nəticəsində vətəndaşların sosial rifah halı daha da yaxşılaşıb, insanlar gələcəyə optimist baxırlar.
Seçicilər qarşısında çıxış edən Ağalar Vəliyev bütün vətəndaşların ölkəmizin inkişafının canlı şahidləri olduğunu deyərək əlavə edib ki, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın sürətli inkişafı, Azərbaycanın modernləşmə xəttinin uğurla həyata keçirilməsi və digər amillər ölkə reallıqlarını təşkil edir: “Ölkəmizin inkişafı, həyata keçirilən siyasətin davamlı uğurlarla müşayiət olunması Azərbaycan cəmiyyətində yüksək ictimai əhval yaradır və cəmiyyət üzvləri alternativsiz siyasi güc olan Yeni Azərbaycan Partiyasına üz tuturlar. YAP Azərbaycan xalqının istək və arzularının ifadəçisi kimi çıxış edir. İnsanlar inkişaf siyasətinin davam etməsinin tərəfdarıdırlar, ona görə də əminliklə deyə bilərəm ki, bu seçkilərdə də məhz YAP-ın namizədlərinə səs verəcəklər”.
Seçicilər çıxış edərək seçimlərini YAP-ın namizədinin lehinə edəcəklərini - Ağalar Vəliyevə səs verəcəklərini bildiriblər.
NURLAN
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31

