“Seçkilərdə qadın namizədlərə dəstək olaq”
16.10.2015 [10:46]
YAP Qadınlar Şurası bu mövzuda tədbir keçirib
Dünən Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası tərəfindən “Seçkilərdə qadın namizədlərə dəstək olaq” mövzusunda tədbir keçirilib.
Çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva bildirib ki, YAP digər partiyalardan fərqli olaraq xalqın mənəvi gücünü səfərbər etməklə, millətin mənəvi potensialını üzə çıxarmaqla öz məramına, məqsədinə nail olub. Onun sözlərinə görə, partiyamız həmişə xalqın mövqeyindən çıxış edib, fəaliyyətində milli maraqları üstün tutub, Azərbaycanda həyata keçirilən inkişaf siyasətində birbaşa iştirak edib: “Eyni zamanda, partiyamız inkişaf siyasətinin uğurlarının əhali arasında təbliğatını da yüksək səviyyədə mütəmadi aparır. Bu yöndə bir çox tədbirlər keçirir ki, onların mövzusu vətəndaşlar üçün çox aktual olur. Partiyamız siyasi cəhətdən insanları hazırlayır, onların əqidəsinə, amalına müsbət təsir göstərən addımlar atır”.
N.Əliyeva qeyd edib ki, YAP hər zaman dövlətimizin, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində vətəndaşları böyük həqiqətlərə inandırmağı bacaran siyasi qüvvədir. Onun sözlərinə görə, partiyamız, həmçinin siyasi sistemdə nümunə, örnək olmağı bacarıb: “YAP həmişə sabitliyin, ölkədə stabilliyin möhkəmləndirilməsi, dövlətçilik siyasətinin qorunması istiqamətində siyasi cəhətdən mükəmməl partiya kimi insanlara yol göstərməyi bacarıb. Buna görə də bütün seçkilərdə qələbə qazanıb, namizədləri hər zaman əhali tərəfindən dəstək alıb”.
N.Əliyeva qeyd edib ki, YAP Qadınlar Şurası davamlı olaraq müxtəlif tədbirlər keçirir. “Hazırda bütün diqqətimizi Azərbaycanda keçiriləcək parlament seçkilərinə istiqamətləndirmişik. Təbliğat mərhələsində ölkə ərazisində “Qadın namizədlərə dəstək aksiyası” keçiririk. Namizədliyi ilk dəfə irəli sürülən qadınlarımızın platformasını dinləyir, onların cəmiyyətdə uğurlu fəaliyyəti haqqında fikirlərimizi qadınlarımızla bölüşürük. Namizədlərimizi gəncliyə tanıtmaq, gənc qızlarımızın fəallığını artırmaq, qadınlarımızın seçkilərdə fəallığına nail olmaq əsas məqsədimizdir. Heç şübhə etmirik ki, V çağırış parlament seçkilərində də Azərbaycan qadını cəmiyyətimizin həyatında, demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri daha çox əxz etməyimiz naminə fəaliyyət göstərəcək”, - deyə o vurğulayıb.
Tədbirdə çıxış edən 30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa namizəd Sevinc Fətəliyeva bildirib ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da parlament seçkiləri dövlətimizin, cəmiyyətimizin demokratik inkişafının göstəricisidir: “Xalq mövcud vəziyyəti, ölkədə və dünyada gedən prosesləri təhlil edib öz seçimini edir. Ölkədə söz azadlığı, fikir azadlığı tam təmin edilir. Lakin təcrübə göstərir ki, xalqımız çox müdrik xalq olaraq bütün prosesləri izləyərək, düzgün qiymət verərək seçkilərdə, habelə atdığı bütün addımlarda, seçdiyi yolda YAP-a öz dəstəyini verir. Bu ondan irəli gəlir ki, bu gün YAP-ın Sədri, ölkə başçısı İlham Əliyev dövlət siyasətində insan kapitalının inkişafını ən əsas amil kimi tutaraq Azərbaycan xalqının rifahının artması, milli maraqların qorunması naminə çalışır. Bu gün Azərbaycan xalqı üçün YAP gələcəkdə əmin-amanlıq, firavanlıq, sabitlik deməkdir. Buna görə də şübhəsiz ki, bu seçkilərdə də, həmişə olduğu kimi, YAP-ın namizədləri qalib gələcəklər”.
S.Fətəliyeva qeyd edib ki, qadınlar ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayırlar. Bu mənada onların seçkilərdə də fəal olacaqları şübhəsizdir.
Tədbirdə, həmçinin 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Dilarə Cəbrayılova və iştirakçılardan Şövkət Xanməmmədova və Könül Əfəndiyeva çıxış edərək seçkilərdə qadınların fəallığı ilə bağlı fikirlərini bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

