YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
16.04.2015 [10:21]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, YAP Siyasi Şurasının üzvü, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, YAP Mərkəzi Aparatının məsul işçisi, partiyanın Siyasi Şurasının üzvü Misirxan Vəliyev və YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov iştirak ediblər.
Konfransa sədrlik edən YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov bildirib ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov hesabat məruzəsi ilə çıxış edib. O, birliyin təşəbbüsü ilə ötən illərdə görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib, YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin sayının 15 min 710 nəfər təşkil etdiyini qeyd edib. Daha sonra YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin fəal üzvləri Günay Qarayeva və Səməd Rzazadə çıxış edərək hesabatı müsbət qiymətləndiriblər.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov Səbail rayon gənclərinə fəaliyyətlərində uğurlar arzulayıb. S.Orucov qeyd edib ki, dövlətin gənclər siyasəti gənc nəslin inkişafına xidmət edir.
YAP Siyasi Şurasının üzvü, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rəhbərlik etdiyi rayonun həyatında gənclərin fəal iştirak etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, rayon rəhbərliyi gənclərin bütün təşəbbüslərinə dəstək verir və bundan sonra da dəstək verəcək.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxış edərək gənclərə gələcək fəaliyyətində uğurlar arzulayıb. Hazırda dünyada mürəkkəb proseslərin baş verdiyini deyən Ş.Hacıyev gənclərə təşəbbüskar olmağı tövsiyə edib. O bildirib ki, Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafı üçün bütün imkanları yaradıb. “Hazırda dünyada çox mürəkkəb proseslər baş verir. Bu proseslər heç bir məntiqə sığmır. Təəssüf ki, bu gün beynəlxalq hüquq normaları işləmir, güclü dövlətlər öz məqsədlərini həyata keçirmək istəyirlər”, - deyə Şəmsəddin Hacıyev qeyd edib.
Ş.Hacıyev bildirib ki, bu proses fonunda dünya ölkələrində iqtisadi çətinliklər də baş verməkdədir. Onun sözlərinə görə, belə bir şəraitdə Azərbaycan inkişaf edir.
“Dünyanın inkişaf etmiş ölkələrində iqtisadi artım göstəricisi 1,4 faiz civarındadır. Amma Azərbaycanda bu göstərici daha yüksəkdir. Təkcə bu ilin birinci rübünün nəticəsinə görə, ölkəmizdə ÜDM 5 faiz, qeyri-neft sektoru isə 7 faiz artıb. Təbii ki, bu göstəricilərə düşünülmüş siyasət nəticəsində nail olunub. Bir sözlə, uğurlarımız davamlıdır. Azərbaycan regionun iqtisadi mərkəzidir”, - deyə Ş.Hacıyev vurğulayıb.
Ş.Hacıyev YAP Səbail rayon təşkilatının üzvlərinin partiyanın yerli strukturları arasında say baxımından ikinci yerdə olduğunu deyərək təşkilatda gənclərin böyük üstünlük təşkil etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, gənclər öz potensiallarından səmərəli istifadə etməlidirlər.
Konfransda təşkilati məsələlərə baxılıb. YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin 27 nəfərlik Şurası, 17 nəfərlik İdarə Heyəti müəyyənləşib. YAP Gənclər Birliyinin hesabat-seçki konfransına 20 nəfərdən ibarət nümayəndə seçilib. Rəşad Fərəcov yenidən YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri və sədrin 7 nəfər müavini seçilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38

