YAP Ağdam rayon təşkilatının yaradılmasından 21 il keçir
24.09.2014 [09:34]
Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının yaradılmasından 21 il keçir. Bu münasibətlə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Ağdam Musiqi Kollecində partiya fəallarının, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev ötən əsrin 90-cı illərinin əvvəllərindəki ictimai-siyasi proseslərdən, ölkənin ağır vəziyyətindən bəhs edib.
Natiq bildirib ki, YAP tariximizin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə dahi siyasi xadim Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan ziyalılarının təşəbbüsü ilə yaranıb: “Hakimiyyət çəkişmələri, dövlətin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir şəraitdə Azərbaycan ziyalıları ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə görkəmli dövlət və siyasi xadim Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi və Heydər Əlirza oğlu Əliyev partiyanın Sədri seçildi. Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi təşəkkül tapmasında və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan YAP-ın yaranması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu YAP-ın yaradılması müstəqillik tariximizin şanlı səhifələrindəndir”.
İsgəndər Quliyev onu da qeyd edib ki, ölkəmizin ağır günlərində - 1993-cü ildə yaradılan YAP Ağdam rayon təşkilatı bu gün 80 ərazi ilk partiya təşkilatında 5744 nəfər üzvü özündə birləşdirir. Onlardan 2340 nəfəri qadınlar, 1629 nəfəri gənclərdir.
YAP Ağdam rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Yığıncaqda çıxış edən digər natiqlər partiya üzvlərini əlamətdar gün münasibətilə təbrik edərək, partiyanın keçdiyi inkişaf yolu, Azərbaycanın bugünkü uğurlarındakı xidmətlərindən danışıblar. Sonda partiya sıralarına yeni qəbul olunan gənclərə YAP-ın üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxElm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28

