YAP Gənclər Birliyinin ofisində qəbul imtahanlarında 700 bal toplamış gənclərlə görüş keçirilib
02.09.2014 [09:17]
Seymur Orucov: Azərbaycan dövləti təhsilin inkişafına xüsusi diqqət yetirir
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində bu ilin ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış gənclərlə görüş keçirilib. Görüş iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra gənclər Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Görüş YAP Gənclər Birliyinin ofisində davam etdirilib. YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov təhsildə qazandığı uğurlara görə 700 bal toplamış gəncləri təbrik edib. Onlara ali təhsillərində uğurlar arzulayan S.Orucov Azərbaycan dövlətinin təhsilin inkişafına xüsusi diqqət yetirdiyini bildirib. Onun fikrincə, məhz bu diqqətin nəticəsində də gənclərimiz təhsildə yüksək nəticələr göstərirlər. S.Orucovun sözlərinə görə, ölkəmizdə yüksək intellektli gənclər ordusu formalaşıb.
“Bu gün Azərbaycanda dünya standartlarına cavab verən ali məktəblər yaradılıb. ADA Universiteti, Bakı Ali Neft Məktəbi buna misaldır. Bu ali məktəbləri Avropanın universitetləri ilə müqayisədə daha üstün hesab etmək olar. Təbii ki, burada təhsil alan gənclərimiz də öz bilik və bacarıqları ilə sabah ölkəmizin inkişafına öz töhfələrini verəcəklər. Sevindirici haldır ki, belə gənclərin mütləq əksəriyyəti YAP-ın sıralarında birləşib”, - deyə S.Orucov qeyd edib.
S.Orucov Yeni Azərbaycan Partiyasının da gəncliyin inkişafı ilə bağlı vacib layihələr həyata keçirdiyini deyib. Məhz bunun nəticəsidir ki, YAP sıralarında 250 min nəfərə qədər gənc birləşib. O deyib ki, YAP Gənclər Birliyi gələn il özünün 20 illik yubileyini qeyd edəcək. YAP Gənclər Birliyinin sədri 700 bal toplamış gənclər üçün partiyanın qapılarının hər zaman açıq olduğunu vurğulayıb.
YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyeva da çıxış edərək qəbul imtahanlarında ən yüksək nəticələr əldə etmiş gənclərə uğurlar arzulayıb.
700 bal toplamış gənclərdən Samir Rzayev, Qoşqar Qədimbəyli, Könül Qurbanlı, Nicat Qasımov və başqaları çıxış edərək dövlətimizin təhsil siyasətini yüksək qiymətləndiriblər. Onlar öz bilikləri ilə gələcəkdə layiqli vətəndaş kimi dövlətimizin inkişafı üçün çalışacaqlarını vurğulayıblar.
Tədbirdə daha sonra YAP Gənclər Birliyinin 2013-cü il ərzindəki fəaliyyəti ilə bağlı foto-slayd nümayiş etdirilib. Eləcə də, qəbul imtahanlarında 700 bal toplamış gənclərə hədiyyələr təqdim olunub.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

