Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan Avrasiyanın birləşdirici mərkəzi və etibarlı tərəfdaşıdır

Azərbaycan Avrasiyanın birləşdirici mərkəzi və etibarlı tərəfdaşıdır

22.10.2026 [10:06]

2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, müstəqil xarici siyasətinin və sülhə əsaslanan əməkdaşlıq təşəbbüslərinin növbəti təntənəsinə çevrildi. Müxtəlif dövlətlərin rəhbərlərini bir araya gətirən bu mötəbər tədbir Azərbaycanın yalnız regional deyil, həm də qlobal miqyasda mühüm siyasi dialoq məkanına çevrildiyini nümayiş etdirdi.

Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışı Azərbaycanın xarici siyasət strategiyasını, beynəlxalq münasibətlərə prinsipial yanaşmasını və gələcəyə hesablanmış məqsədlərini aydın şəkildə ifadə etdi. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan coğrafi baxımdan Asiya ilə Avropanın kəsişməsində yerləşərək Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Bu fikir ölkəmizin əlverişli coğrafi mövqeyinin sadəcə üstünlük deyil, həm də böyük siyasi və iqtisadi məsuliyyət olduğunu göstərir.

Bu gün Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü, mühüm nəqliyyat və logistika qovşağı, enerji təhlükəsizliyinə töhfə verən tərəfdaş kimi tanınır. Nəqliyyat dəhlizlərinin inkişafı, enerji layihələri, rəqəmsallaşma, turizm, elm və təhsil sahələrində əməkdaşlıq ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın geosiyasi imkanlarını real nəticələrə çevirir.

Zirvə Görüşündə dövlət başçısının xüsusi diqqət yetirdiyi məsələlərdən biri beynəlxalq hüququn aliliyinin təmin olunması və ikili standartlara qarşı mübarizə idi. Azərbaycan uzun illər ərzində beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı, bir milyona yaxın azərbaycanlının doğma yurdlarından qovulması və tarixi-mədəni irsimizin dağıdılması ilə üzləşib. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin uzun müddət icra edilməməsi beynəlxalq münasibətlərdə hüquqi prinsiplərin ardıcıl tətbiqinin nə qədər vacib olduğunu bir daha göstərdi.

Prezident İlham Əliyevin mövqeyi qəti və aydındır: dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq prinsipinə hörmət beynəlxalq təhlükəsizliyin əsas şərtlərindəndir. Bu prinsiplər yalnız siyasi bəyanatlarda səslənməməli, real həyatda da təmin edilməlidir. Əks halda, münaqişələrin qarşısının alınması və davamlı sülhün qurulması çətinləşər.

Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilatın institusional imkanlarının gücləndirilməsi, əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Laosun təşkilata yeni üzv qəbul edilməsi də AQEM-in əhatəsinin genişlənməsini və Asiya dövlətləri arasında dialoqun inkişafını göstərən əlamətdar hadisədir. Azərbaycanın sədrliyinin daha iki il uzadılmasına göstərilən dəstək isə ölkəmizə olan etimadın mühüm ifadəsidir.

Bütün bunlar bir həqiqəti təsdiqləyir: Azərbaycan beynəlxalq proseslərdə öz milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa da böyük önəm verir. Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörən diplomatiyası və ardıcıl təşəbbüsləri ölkəmizin nüfuzunu daha da artırır.

Bakıda keçirilən VII Zirvə Görüşü Azərbaycanın sülh, etimad və əməkdaşlıq gündəliyinə sadiqliyini bir daha nümayiş etdirdi. Bu gün ölkəmiz yalnız mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmir, həm də dövlətlər arasında dialoqun güclənməsinə, ortaq maraqların uzlaşdırılmasına və daha təhlükəsiz gələcəyin qurulmasına töhfə verir. Azərbaycanın yolu müstəqillik, milli qürur və beynəlxalq əməkdaşlıq yoludur.

YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Analitik

Siyasət

1992-ci ilin 24 oktyabrı...

22 Oktyabr 09:10  

Gündəm

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31